Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:42 | 19 fevral 2022 | Şənbə
Məqaləyə 777 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
2014-cü ildə Ukraynanın etnik rusları ağıllarına da gətirmirdilər ki, günün birində o NƏHƏNG Rusiyaya arxalandıqları üçün həyatları cəhənnəmə dönəcək. Onlara elə gəlirdi Rusiya pasportu aldılarsa, Kreml onların əlindən tutub cənnətə aparacaq, ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayacaqlar.
Amma… Bütün separatçı bölgələrdə olduğu kimi, Donetsk və Luqanskı da həyat, sabitlik tükdən asılıdır. Hər zaman da belə olub. Cibində hansı ölkənin pasportunu daşıyırsan daşı, separatçısansa, qanundan çox reallığa tabesən.
Reallıq isə odur ki, torpağın əsl sahibi BMT tərəfindən tanınan ərazilərin toxunulmazlığı prinsipini əsas götürərək günün birində öz ərazisini separatçılardan təmizləyə bilər. Xankəndi necə Azərbaycanın haqqıdırsa, Donetsk, Luqansk da Ukraynanın haqqıdır.
Amma o gün bu gün deyil. Zelenski çox yaxşı bilir ki, separatçılara qarşı genişmiqyaslı antiterror əməliyyatının zamanı gəlməyib. İndi əsas məsələ Rusiya qoşunlarını mümkün qədər sərhəddən uzaqlşadırılmaqdır.
Rusiya isə böyük mənada uduzmağın cığallığını edir. Təxliyələr, təxribatlar buna görədir. Ayaq altda qalan kimdir - Rusiyanın Ukraynanı bölmək planına dəstək verən Ukrayna vətəndaşlığından imtina edib Rusiya vətəndaşlığına keçən ruslar. Kreml bir gün sakitləşəcək. Cığallığını da bitirəcək. Amma separatizmə dəstək verənlərin səksəkəli həyatı bitməyəcək.
Bakıda xeyli şəxs təxliyələrin Ukrayna ərazisində olduğunu düşünür. Diqqətli olaq. Söhbət separatçıların (Rusiyanın) nəzarətində olan ərazilərdən gedir. Təxliyəni təşkil edən Rusiyadır. Təxminən belə düşünün - Xankəndidə yaşayan, keçmişdə Azərbaycan vətəndaşı olan ermənini Ermənistana təxliyə edirlər.
Cəhənnəmə ki...
Ukrayna indi o tərəfə 1 güllə də atmayacaq. Bura yazdım. Zelenskinin əsəbləri möhkəmdir.