Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
19:35 | 21 fevral 2022 | Bazar ertəsi
Məqaləyə 629 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya prezidenti Vladimir Putin fevralın 21-də deyib ki, Rusiya Təhlükəsizlik Şurasının Ukraynanın iki separatçı bölgəsinin müstəqilliyinin tanınması məsələsinə baxması zəruridir.
“Reuters” agentliyi bildirir ki, fevralın 21-də Donbasdakı qondarma “DXR” (Donetsk Xalq Respublikası) və “LXR”in (Luqansk Xalq Respublikası) liderləri bu iki ərazinin müstəqilliklərinin tatnınması üçün Putinə müraciə etmişdilər.
Putin televiziya ilə yayınlanan çıxışında deyib ki, Ukraynanın NATO-ya üzv olması Rusiya üçün təhlükəni əhəmiyyətli dərəcədə artıra bilər.
Separatçı lider Denis Puşilinin Putinə müraciətində deyilir: “Bütün xalqın adından sizdən “DXR”i müstəqil, demokratik, hüquqi və sosial dövlət kimi tanımağı xahiş edirik. Biz həm də xahiş edirik ki, “DXR” və Rusiya arasında müdafiə sahəsi də daxil dostluq və əməkdaşlıq müqaviləsinin bağlanmasının mümkünlüyü məsələsinə baxasınız”.
Digər separatçı lider Leonid Paseçnik isə yazır: “Hörmətli Vladimir Vladimiroviç, 300 min nəfəri Rusiya vətəndaşı olan respublikanın əhalisinin kütləvi qırğınına yol verilməməsi üçün sizdən “Luqansk Xalq Respublikasının” suverenlıiyinin və müstəqillyinin tanınmasını xahiş ediəm”.
Bundan bir həftə əvvəl Rusiya Dövlət Duması Ukraynanın şərqində separatçıların nəzarətində olan iki bölgənin müstəqiliyinin tanınması üçün Putinə müraciət qəbul etmişdi.
Bu qərarı şərh edərkən Putin məmnunluqla demişdi ki, deputatlar xalqın əhval-ruhiyyəsini hiss edirlər.
Duma deputatları isə bildirirdilər ki, prezidentə rəsmi müraciətin edilməsi onun üçün separatçı bölgələrin müstəqilliyini tanımasını texniki baxımdan asanlaşdıracaq.
Qərb Ukrayna ərazisindəki separatçı bölgələrin tanınmasının beynəlxalq qanunun kobud şəkildə pozulması kimi qəbul ediləcəyini bildirib.
ABŞ və Avropa İttifaqı bunun baş verəcəyi təqdirdə Rusiyaya qarşı ağır sanksiyaların tətbiq oluna biləcəyini bildiriblər.
Təhlilçilər deyirlər ki, Moskva bu iki bölgənin faktiki ilhaqına hələ 2014-cü ildən hazırlaşır. Bu dövr ərzində Donetsk və Luqanskda 700 min Rusiya pasportu paylanıb.