Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:04 | 22 fevral 2022 | Çərşənbə axşamı
Məqaləyə 711 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Jurnalist Stiv Quterman Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçıların müstəqilliyini tanımasını təhlil edir. Müəllif yazır ki, Rusiyanın Donbası tanıması Kreml üçün müəyyən mənada itkidir. Amma Putini bu qərara sövq edən çoxsaylı motivlər də mövcuddur.
Hətta bu yaxınlara qədər Putinin belə bir addımdan çəkinəcəyinə böyük inam vardı. Bəs, Rusiya prezidenti buna niyə getdi?
Moskva 2015-ci ilim fevralında imzalanmış Minsk-2 razılaşmasını Ukraynanın daxili və xarici siyasətinə güclü təsir vasitəsi hesab edirdi. Rusiya 2014-cü ildən Donbasda – Donetsk və Luqansk regionlarının müəyyən hissələrini tutmuş, Rusiyanın dəstəklədiyi separatçıları dəstəkləyir. Münaqişədə 13 min 200-dən çox insan öldürülüb.
Rusiya və Ukrayna arasında sözügedən paktla bağlı fundamental fikir ayrılıqları vardı. Ola bilsin, Putin razılaşmanın Moskvanın şərtləri ilə gerçəkləşəcəyinə ümidini itirmişdi.
İndilik qalib kimi görünmək
Müəllif yazır ki, fevralın 21-də Putinin xalqa müraciətinə qulaq asanların ağlına bir şey gələ bilərdi: Ukrayna ilə sərhədlər yaxınlığına 130 mindən çox əsgər yığmış Putin qonşu ölkəyə irimiqyaslı hücum elan edəcək.
Putin Ukraynanı bolşevik lideri Vladimir Leninin yaratdığını deyərək özünün təmin edə bilmədiyi ambisiyalarına eyham vurdu.
Bəzi təhlilçilər güman edir ki, Luqansk və Donetskdəki qondarma qurumların tanınması Kiyev hökumətini yıxmağı hədəfləyən böyük hərbi hücuma doğru ilk addım ola bilər.
Ancaq azından indilik, Putin iki ağır vəziyyətdən çıxmaq üçün müstəqilliyi tanımağı qələbə kimi görə bilər. Birincisi, böyük işğal və qan axıdılmasıdır, ikincisi isə Ukrayna və Qərbin qəti mövqeyi qarşısında geri çəkilən kimi görünməməkdir.
Hərbi təzyiq davam edəcək
Ancaq Rusiya eyni zamanda Ukraynaya hərbi təzyiqi də davam etdirə bilər. Bu təzyiq Donbasda daha böyük ola bilər: separatçılar Donetsk və Luqanska bütünlükdə iddia edirlər və onların müstəqilliyinin tanınması vilayətlərin qalan hissələrini nəzarətə keçirmək təhdidi yaradır.
Putin özü də çıxışında Ukraynanın bəzi hissələrinin Rusiyaya məxsusluğundan danışıb. Təhlükəsizlik Şurasının iclasında onun iki aparıcı rəsmisi də, guya səhvən, buna eyham vurdular.
Putinin çıxışı həm də elə təəssürat yaradırdı ki, rusiyalıları gələcəkdə Ukraynanı daha aqressiv formada zəbt etməyə hazırlayır. Ancaq misli görünməmiş təzyiq ölkədə vətəndaş cəmiyyəti və narazıları zəiflədib, xalqın etiraz potensialını tükədib.
“Putin anlayır ki, COVID pandemiyası və iqtisadi çətinliklərlə mübarizə aparan rusiyalıların çoxundan ötrü Moskvanın dəstəklədiyi separatçıların tanınması qonşu ilə böyük müharibədən daha məqbuldur”, – müəllif yazır.
Zelenskini zəiflətmək, Qərbi parçalamaq
Putin bu addımla Ukrayna Prezidenti Vladimir Zelenskini zəiflədəcəyinə ümid edir. 2019-cu ildə seçkini asanlıqla udmuş Zelenskinin platformasındakı əsas məsələlərdən biri Donbasda müharibəni itirmək idi, ərazi vermək deyildi.
Digər hədəfsə Qərbi parçalamaq ola bilər. Tammiqyaslı işğal Qərbin birliyini gücləndirəcəkdi, Birləşmiş Ştatlar və Avropa Birliyi bir cəbhədə birləşəcəkdi.
Putin bilir ki, separatçı qurumların tanınması Qərb ölkələrinin buna necə reaksiya vermək, sanksiyalar məsələsində ümumu fikrə gəlməsini çətinləşdirəcək. Özəlliklə də, Rusiya və separatçılar Donbasda hökumətin nəzarətində olan ərazilərə girməzsə, Moskva sərhəddən qoşunları geri çəkməyə başlarsa… Amma sonuncunun əlaməti hələ ortalıqda görünmür.
Bəhanə
Rusiya məhdud müddətə olsa belə, Donbasa hərbi qüvvələr göndərəcək. Son səkkiz ildə orada Rusiya əsgərləri və zabitlərinin olmasına dəlillərə rəğmən, Moskva bunu danırdı.
Putin ümid edə bilər ki, bununla hərbi reaksiyaya səbəb olacaq və bu da Ukraynada digər hədəflərinə çatmaq üçün bəhanə rolun oynayacaq.
“Çıxışdan əsas qənaət odur ki, Rusiya indilik özünü separatçılara ‘hücumlar’a cavab vermək bəhanəsi ilə təmin etmiş oldu və daha birbaşa hərbi iştirakını gizlətməyə ehtiyac duymur”, – “RAND Corporation” təhlil mərkəzindən Samuel Çarap “Twitter”də yazıb.
İndiyədək, “Rusiyanın, hətta öz qanunları ilə belə, açıq hərbi müdaxilə üçün əsası yox idi. İndi isə bu çatışmayan əsas element mövcuddur”, – Çarap qeyd edir.