Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:53 | 22 fevral 2022 | Çərşənbə axşamı
Məqaləyə 673 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Putin bu dəfə şaşırtmadı. “Proqnozlaşdırılmayan lider” obrazına uyğun yol tapa bilmədi və beynəlxalq siyasətdən ən uzaq adamların belə gözlədiyi qərarı verdi. Müraciəti də isterik idi.
ABŞ və NATO-ya bütün dünyanın gözü önündə ünvanladığı ultimativ şərtlər rədd edildikdən sonra Rusiyanın gücü ona çatdı ki, Ukraynanın şərqindəki 8 illik işğalını və oradakı hərbi mövcudluğunu rəsmiləşdirsin. Moskva ötən müddət ərzində oyuncaq respublikaları Ukraynanın tərkibinə daxil etmək üçün çox çalışdı: A planı bu yolla Ukraynanı federallaşdırmaq və onu öz nüfuz dairəsində saxlamaq idi. Ukrayna hökumətləri ardıcıl təzyiqlərə rəğmən, bu təhlükəli ssenarini rədd etdilər.
Tanıma qərarı Rusiyanın B planı idi. Bu qərarla Minsk prosesi bitdi və artıq Ukraynanın üzərində o razılaşmalardan irəli gələn hər hansı öhdəlik yoxdur. Rusiya bununla Kiyevə qarşı əlindəki son basqı alətini də itirmiş oldu. Bundan sonra heç bir ordu ilə Ukraynanı tabe etdirə bilməyəcək. Ukrayna hökumətinin ölkə daxilində Moskvaya bağlı 5-ci kolonu tamamilə əzmək üçün də əli-qolu açılmış oldu.
Ukraynanın “Rus dünyası”ndan qopması və şərqi slavyanlar içərisində böyük qırılma prosesinin yekun mərhələsini izləyirik. Gələcəkdə rus tarixçiliyi qardaş xalqı Rusiyaya düşmən edən Putin haqqında müsbət şeylər yazmayacaq. 2014-cü ilə qədər avroatlantik inteqrasiya yalnız Ukraynanın qərbində dəstəklənirdi, ölkə 2 əks siyasi-mədəni qütbdən ibarət idi, Ukrayna milli identikliyi formalaşmamışdı, rus dili əsas ünsiyyət vasitəsi idi, NATO üzvlüyünə dəstək 25 faizi ötmürdü. Ukraynanın həm də neytral dövlət statusu var idi.
Putin 2014-cü ildə qardaş xalqa savaş açıb, onun ərazilərini qoparmağa başlamaqla Ukraynada Rusiyanın yumşaq gücünü sarsıdıb, hər şeyi tərsinə çevirdi: xarici işğal millətçiliyə təkan verdi, Ukrayna milli identikliyi oturuşmağa və ölkənin şərqi ilə qərbinin düşüncə sistemindəki fərqlər aradan qalxmağa başladı. Putinin sayəsində vahid Ukrayna xalqı formalaşır. Bu gün ölkə üzrə NATO üzvlüyünə dəstək 65 faizə çatıb. Şərq vilayətlərində belə AB üzvlüyünə dəstək 50 faizi ötüb, NATO üzvlüyünə dəstək 40 faiz civarındadır.
Putin həm də NATO-ya ikinci nəfəs verdi, Avropanın şərqindən ittifaqın və ABŞ-ın hərbi qüvvələrinin çıxarılmasını tələb etdiyi məqamda bu qüvvələrin artırılması ilə üzləşdi və üzünü Asiyaya çevirmiş ABŞ-ı təkrar Avropa işlərinin tam mərkəzinə qaytardı.
Postsovet məkanında Ukraynasız yeni imperiya quruculuğu praktik əhəmiyyət daşımır. Dərin demoqrafik çuxura düşmüş, əhalisi, əmək resursları sürətlə əriyən, xroniki sosial-iqtisadi böhran yaşayan, müasir dünyadan təcrid olunan Putin Rusiyasının inkişaf perspektivi yoxdur.
Putin III İvan olmaq iddiası ilə yola çıxdı, II Nikolay olma yolundadır.