Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
13:55 | 4 mart 2014 | Çərşənbə axşamı
Məqaləyə 2480 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Tramp: “İstənilən halda buna nail olacağıq”
Politoloq Vəfa Quluzadə Rusiya-Ukrayna münasibətləri fonunda regionda və beynəlxalq aləmdə yaşanan gərginlik, bunun nəticələri, həmçinin proseslərin Azərbaycana təsirilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Ukraynada baş verən hakimiyyət dəyişikliyi Rusiyanın bu ölkəyə müdaxiləsi ilə nəticələndi. İki ölkə arasında müharibə ehtimalı varmı?
- Rusiya Ukraynaya kobud müdaxilə etməklə Qərbi, NATO-nu nüvə müharibəsi həddinə çatdırmaq istəyir. Rusiya dünyanı hədələyir. İstəyir ki, Qərb Rusiyanın Krım üzərindəki hegemonluğuna göz yumsun, Ukraynanın daxili işlərinə qarışmasın. Qərbin elan etdiyi boykot, iqtisadi sanksiyalar Rusiyanı çökdürür. Rusiya bir gündə 76 milyard dollar itirib. Rusiyanın bütün aktivlərinin, o cümlədən rublun məzənnəsi düşüb. Belə getsə, Rusiya 10 günə iflas olacaq. Ölkə iqtisadiyyatı çökəcək, iqtidar da məcbur olub istefaya gedəcək. İnanmıram ki, Rusiyanın əsgəri heyəti bütün bunları öncədən bilməsin. Əsas məqsədləri odur ki, Qərb qıcıqlansın. Rusiya deyir ki, embarqoları aradan qaldırın, yoxsa nüvə müharibəsinə başlayacam. Putin hesab edir ki, Qərb olduqca komfort içindədir, cah-cəlal içərisində yaşayır, ona görə də Rusiyanın nüvə müharibəsi şantajının qarşısında geri çəkiləcək. Putinin hazırda əsas strategiyası budur. Çünki bütün sanksiyalar Rusiyanı çökdürür. 10 günə qədər bu məsələlər həllini tapmasa, hesab edin ki, Rusiya dövləti çökəcək, Putin devriləcək. Düşünürəm ki, Putin əvvəlcədən istefa verməli idi. Ölkənin güc strukturları ona təzyiq göstərməməsi üçün o, postundan getməli idi. Putin başa düşür ki, oyunun axırı iflasdır, amma məcbur olub buna gedir.
- Krımı nəzarətdə saxlayan Rusiya burada nəyə nail olmaq istəyir?
- Rusiyanın Krıma müdaxiləsi tamamilə qanunsuzdur. Krım heç vaxt rusların vətəni olmayıb. Ora Krım tatarlarının vətənidir. Krım və orada yaşayanlar Ukraynaya məxsusdur. Ona görə də Putinin apardığı oyun məntiqdən, ağıldan və hər şeydən kənardır. Dünyanı nüvə müharibəsi ilə qorxudur. Başqa bir məqsəd yoxdur.
- Qeyd olunur ki, Rusiya müharibəyə başlayan kimi Azərbaycan da Dağlıq Qarabağın azad olunması üçün hərəkətə keçməlidir. Bu mənada Rusiya ətrafında baş verənlərin Azərbaycana təsiri nə dərəcədə real görünür?
- Qlobal mənada baş verənlərin bütün ölkələrə, o cümlədən, Azərbaycana təsirləri var. Qərblə qarşıdurma nəticəsində Rusiya çökəndən sonra hesab edin ki, Qarabağ məsələsi öz həllini tapıb. Bu tezliklə baş verəcək. Rusiyanın qələbəsinə isə mən inanmıram. Şəxsən mən Rusiyanın qələbə çalmaq imkanlarını görmürəm. Ötən əsrin 30-cu illərində Qərb Hitlerin cilovunu buraxdı, İkinci Dünya Müharibəsi başladı. Bu gün Putinin qələbəsinə şərait yaradılsa, sabah Rusiya Qərbə, Amerikaya qarşı müharibəyə başlayacaq.
- Almaniya kansleri Angela Merkel hesab edir ki, Putin özünü başqa dünyada yaşayan insan kimi aparır...
- Merkel düz deyir, Putin reallıq hissini itirib. Rusiyanın hərbi güclərinin təhriki ilə Putin şantaj yolunu tutub. Putin açıq şəkildə Üçüncü Dünya Müharibəsinə hazırlaşır. Və Qərbdən soruşur ki, onlar atom müharibəsinə hazırdılarsa, buyursunlar, bu meydan, bu da şeytan!
- Rusiyaya qarşı sanksiyalar hansı həddə qədər genişlənə bilər?
- Sanksiyalar genişdir. Nə vaxta qədər Rusiya özünü sivil dünyanın bir hissəsi saymayacaq, özünü adam kimi aparmayacaq, dünyanı təhdid edəcək, bu sanksiyalar genişlənəcək. Ağ Ev hərbi əməkdaşlığı dayandırıb, ticarət əlaqələrinə yenidən baxır. Avropa İttifaqı Rusiya ilə əlaqələri yenidən saf-çürük edəcək. Qərbin sanksiyaları Rusiyanın çökməsi deməkdir. Rusiyanın bu təzyiqlərə bir cavabı ola bilər. Müharibə!
- Ukrayna ərazi bütövlüyünü qorumaq üçün silaha əl atacaqmı?
- Putin istəyir ki, Ukrayna silaha əl atıb, rus əsgərlərini ölkədən qovsun və bununla da müharibə başlasın. Rusiya Avropanın sərhədində vətəndaş qanı tökmək istəyir. Amma Putinin və müdafiə naziri Sergey Şoyqunun təxribat cəhdləri boşa çıxacaq. Ukrayna xalqı təxribata getməyəcək. Ukrayna hakimiyyəti Krımda, Xarkovda Moskvanın əlilə idarə olunan qruplaşmaları qısa müddətdə yerində oturda bilər, amma qarşı tərəfə qırğın üçün şərait yaratmaq istəmir. Rusiyanın təxribat niyyətlərindən Qərb məlumatlıdır. Ona görə də Putinin ağlasığmaz hərəkətlərinə yumşaq reaksiya verirlər.