Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:02 | 23 fevral 2022 | Çərşənbə
Məqaləyə 858 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Çərşənbə günü Yaponiya və Avstraliya Rusiyanın qonşu Ukraynadakı addımlarına cavab olaraq, ABŞ, Avropa İttifaqı, Kanada, Britaniya və Almaniyaya qoşularaq, Rusiyaya qarşı sanksiyalar elan edib.
“Avstraliyalılar həmişə zorakılığa qarşıdır və biz də bütün tərəfdaşlarımızla birlikdə Rusiyanın qarşısında dayanacağıq. Sanksiyaların davamını da gözləyirəm və bu, prosesin yalnız başlanğıcıdır,” Avstraliyanın Baş Naziri Skott Morrison jurnalistlərə açıqlamasında bildirib.
Avstraliyanın sanksiyaları Rusiyanın Təhlükəsizlik Şurasının üzvlərini hədəf alır. Yaponiya isə bəzi rusların aktivlərini dondurur və Yaponiyada Rusiya istiqrazlarının buraxılışını qadağan edir.
Ukraynanın Xarici İşlər Naziri Dmitro Kuleba Rusiya Prezidenti Vladimir Putinin “əlavə aqressiyasını” dayandırmaq üçün tez bir zamanda daha çox sanksiyaların qəbuluna çağırıb.
Çərşənbə günü Kuleba “Twitter” səhifəsində yazıb: “İlk qəti addımlar dünən atıldı və biz buna görə minnətdarıq. İndi Putini dayandırmaq üçün təzyiq güclənməlidir. İqtisadiyyatını və yaxınlarını vur. Daha çox vur. Güclü vur. İndi vur.”
Ukrayna ordusu çərşənbə günü Luqansk vilayətində rusiyapərəst separatçıların atəşi nəticəsində bir ukraynalı əsgərin həlak olduğunu, altısının yaralandığını bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı gecə video-müraciətində ölkə ordusunu sürətlə gücləndirmək zərurətini əsas gətirərək, ehtiyatda olan bəzi hərbi qulluqçuların orduya çağırılması haqqında sərəncam imzaladığını deyib.
“Ukraynalılar sülhsevər xalqdır və biz sakitlik istəyirik. Lakin bu gün sussaq, sabah yox olacağıq” - deyə, Zelenski bildirib.
Ukrayna sərhədi boyunca 150 min əsgər toplayan və Ukraynanın şərqində, üsyançıların nəzarətində olan ərazilərin müstəqillliyini tanıdığı və rus qoşunlarını oraya göndərilmə əmri geniş qınağa səbəb olan Putin çərşənbə günü diplomatik həll yolu tapmağa həmişə hazır olduğunu bildirib. Lakin o deyib: “Rusiyanın maraqları və vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün müzakirə mövzusu deyil.”
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi Antoni Blinken bu həftə böhranla bağlı danışıqlar aparmalı və Putinlə ABŞ Prezidenti Co Bayden arasında zirvə görüşünün əsasını qoymalı idi. Ancaq Putinin addımları bu səyləri puç etdi. Blinken çərşənbə axşamı deyib ki, Rusiya “açıq şəkildə diplomatiyadan tamamilə imtina etdiyini göstərdi”.
Çərşənbə axşamı Rusiya hökumətinin Ukraynadakı addımlarının “beynəlxalq hüququn kobud şəkildə pozulması” olduğunu deyən Bayden iki böyük banka qarşı sanksiyalar tətbiq edərək, onların beynəlxalq maliyyələşməsini kəsib.
Region mümkün qarşıdurmaya hazırlaşdığı üçün Bayden Avropanın başqa yerlərindən piyada qoşunlarının və hava dəstəyinin Rusiya sərhədlərinə yaxınlaşmasına göstəriş verib.
Bundan əlavə, Bayden “ABŞ-ın müttəfiqləri ilə birlikdə NATO ərazisinin hər qarışını müdafiə edəcəyinə dair aydın mesaj göndərmək” üçün Baltikyanı ölkələrə əlavə qüvvələr yerləşdirildiyini bildirib.