Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:22 | 24 fevral 2022 | Cümə axşamı
Məqaləyə 1319 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Qərb xəbər agentliklərinin verdiyi xəbərlərə görə, çoxsaylı şəhərlər hücum altındadır, Rusiya və Belarusdan müxtəlif mövqelərdən Ukraynaya quru qüvvələri daxil olur. Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyət elan edib, eyni zamanda vətəndaşları panikaya düşməməyə çağırıb.
Bu arada Xarkov, Kramatorsk, Dnepr, Mariupol, Odessa, Zaporojye şəhərlərində partlayışlar baş verir. Rusiya ordusu Ukraynada əhali yaşayan yerləri deyil, hava bazaları və digər hərbi obyektləri hədəfə aldığını bildirir.
“RIA Novosti” xəbər agentliyi fevralın 24-də Rusiyanın Müdafiə Nazirliyinə istinadla xəbər verib ki, Ukraynanın hərbi infrastrukturu, havadan müdafiə sistemləri və hava qüvvələri yüksək dəqiqlikli silahlarla vurulur.
Nazirlik şəhərlərə zərbə endirilmədiyini bildirir.
Bayden və Conson Zelenski ilə danışıblar
Zelenski Moskvanın Ukraynaya qarşı tammiqyaslı hücuma başladığını, bir sıra şəhərlərdə “hərbi infrastruktura”, sərhədçilərə raket zərbələri endirildiyini bəyan edib.
Ukrayna Baş Qərargahının bəyanatına görə, Rusiya “şərqdə bölmələrimizi intensiv atəşə tutub, altı aeroporta raket-bomba zərbələri endirib”.
Hakimiyyət Ukrayna sakinlərini evdən çıxmamağa çağırıb.
Britaniyanın Baş naziri Boris Conson “Ukraynada dəhşətli hadisələri” pisləyib, Putinin “bu təhrik edilməyən hücuma başlamaqla qan axıdılması və dağıntı yolunu seçdiyini” bildirib.
“Böyük Britaniya və müttəfiqlərimiz qətiyyətlə cavab verəcəklər”, – o, “Twitter”də yazıb.
Conson və Bayden Zelenski ilə telefonla danışıblar.
***
Kiyevdə və Ukraynanın digər şəhərlərimdə partlayış, atışma səsləri eşidilir. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın “hərbsizləşdirilməsi” üçün “xüsusi əməliyyat” elan edib.
Bu, 2-ci Dünya müharibəsindən sonra Avropada ən böyük savaş ola bilər.
Yanvarın 24-də Qərb xəbər agentliklərinin verdiyi xəbərlərə görə, çoxsaylı şəhərlər hücum altındadır, Rusiya və Belarusdan müxtəlif mövqelərdən Ukraynaya quru qüvvələri daxil olur.
CNN canlı yayımda paytaxt Kiyevin müxtəlif yerlərində partlayışların baş verdiyini göstərir. “Reuters” bir şahidə istinadla Kiyevdə partlayışlar eşitdiyini xəbər verir.
CNN azı yeddi şəhərdə partlayışlar olduğunu xəbər verir. Kiyevin əsas Borispol aeroportu yaxınlığında atışma eşidilir. “Interfax” yerli mediaya istinadla Rusiyanın əməliyyat elan etdiyini yazır.
İndilik, yaralılar, itkilər haqda məlumat yoxdur. Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü artıq tammiqyaslı işğalın başlandığını bildirib.
Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba “Twitter”də yazıb ki, “Putin indicə Ukraynanın tammiqyaslı işğalına başladı. Ukraynanın dinc şəhərlərinə zərbələr endirilir. Bu, təcavüz müharibəsidir”.
Bayden: Rusiya buna görə cavab verəcək
ABŞ Prezidenti Co Bayden əməliyyatı dərhal pisləyib, bunu Ukraynaya “təhrik edilməmiş və əsaslandırılmamış” hücum adlandırıb, dünyanın “Rusiyanın buna görə cavab verəcəyini .”
Baydenin sözlərinə görə, Rusiya baş verəcək “fəlakətli həyat itkisi və insan əzabları” üçün məsuliyyət daşıyır.
“Bütün dünyanın duaları bu gecə Ukrayna xalqıyladır, onlar Rusiya hərbi qüvvələrinin təhrik edilməyən və əsaslandırılmamış hücumundan əziyyət çəkirlər”, - Bayden vurğulayıb.
“Rusiya bu hücumun səbəb olacağı ölüm və dağıntı üçün təkbaşına məsuliyyət daşıyır. Birləşmiş Ştatlar, müttəfiqləri və tərəfdaşları ilə birlikdə buna birgə və qətiyyətlə cavab verəcək. Rusiya buna görə cavab verəcək”, – o əlavə edib.
Bayden fevralın 24-də xalqa müraciət edəcək.
Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqində iki separatçı region müstəqil dövlətlər kimi tanıyıb, oraya qoşun göndərəcəyini deyib. Bundan sonra Qərb ölkələri, Avropa İttifaqı Rusiyaya sanksiyalar açıqlamağa başlayıblar.
NATO müzakirə edəcək
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hücumunu pisləyib, NATO müttəfiqlərinin “Rusiyanın yenilənmiş hücumu”nun müzakirəsi üçün bir araya gələcəyini deyib.
Ukrayna NATO üzvü olmasa da, Qərblə müttəfiqdir.
“Rusiyanın Ukraynaya bu avantürist, saysız dinc insanın həyatına risk yaradan hücumunu kəskin qınayıram. Bu, beynəlxalq hüququn pozulması, Avro-Atlantik təhlükəsizliyə ciddi təhdidir”, – Stoltenberq “Twitter”də yazıb.
Putinin iddiası
Putin fevralın 24-nə keçən gecə televiziya ilə çıxışında hücumu əsaslandırmağa çalışıb, Ukraynanın nüvə silahı əldə etməsini dayandırmaq istədiyini deyib. Ukrayna indiyədək nüvə silahı əldə etmək niyyətini açıqlamayıb.
“Şərait bizdən qətiyyətli və təcili tədbir görməyi tələb edir”, – deyən Putin Ukraynanın Donbas regionundakı separatçıların yardım üçün xahiş etdiyini iddia edib. Putinin iddiasına görə, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir. Kiyev və Qərb təhdid iddialarını rədd edir. Putin Ukrayna ordusunu silahı yerə qoymağa çağırıb. Onun iddiasına görə, Rusiya Ukrayna ərazisini tutmaq istəmir.
Rusiya Ukrayna ilə sərhəd yaxınlığına 150 mindən çox döyüş qüvvəsi, ağır texnika yerləşdirib. NATO bunu Soyuq Müharibə bitəndən bəri Avropa qitəsində ən böyük hərbi qüvvə cəmləməsi adlandırıb.
Putin Ukraynanı işğal etmək planları olmadığını deyirdi. O, niyyətinin Ukraynanın NATO-ya üzv olmasını önləmək, Qərb alyansının şərqə doğru genişlənməsini dayandırmaq olduğunu bildirib.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib.