Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:32 | 24 fevral 2022 | Cümə axşamı
Məqaləyə 1077 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Cümə axşamı günü Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib. Ukrayna Prezidenti Vladimir Zelenski milli təhlükəsizlik və müdafiə şurasını ölkədə hərbi vəziyyət elan etməyə çağırıb. Şuranın məsələni həll etmək üçün təcili iclas keçirəcəyi gözlənilir.
“Reuters” xəbər verir ki, Ukrayna Prezidenti Zelenski ölkədə raket zərbələri endirilməsi ilə bağlı xəbərləri təsdiqləyib. Onun sözlərinə görə, Rusiya Ukraynanın infrastrukturuna və sərhədçilərinə raket zərbələri endirib.
Ukrayna Silahlı Qüvvələri yaydığı bəyanatda Rusiya hərbi hava qüvvələrinin ölkənin Kiyevdə yerləşən beynəlxalq “Boryspil” və digər mülki hava limanlarını atəşə tutduğunu açıqlayıb.
Bundan əlavə, qurum Rusiyanın Odessa şəhərində dəniz limanını ələ keçirməsi ilə bağlı iddiaları təkzib edib. Rusiyanın Müdafiə Nazirliyi şəhərlərin hücuma məruz qalması iddialarını inkar edib.
Nazirliyin açıqlamasında deyilir ki, Rusiya hərbi əməliyyatları “yüksək dəqiqlikli silahlarla” həyata keçirir və məqsəd “hərbi infrastrukturu, hava hücumundan müdafiə sistemini və hava qüvvələrini” hədəf almaqdır. Səhər saat beşdən etibarən Kiyevdə ilk partlayış səsləri eşidilib. O deyib ki, səhərin erkən saatlarından partlayış səsləri əvvəl uzaqda sonra isə tədricən yaxın ərazilərdən eşidilib, amma hələ ki, şəhər mərkəzində olmayıb.
Ukraynanın xarici mətbuatla məşğul olan hökumət rəsmisi aerodromlara və hərbi qərargahlara hücum edildiyini bildirib. Ukraynalı rəsmilərin açıqlamasına görə, Belarusda yerləşdirilən qüvvələr də bu ölkəyə qarşı şimal istiqamətdən hücumlara başlayıb. Analitiklər hücumu Rusiyanın şərq istiqamətdən başlatdığı “döyüşlərə dəstək” kimi qiymətləndirib.
Ziddiyyətli hərbi məlumatlar
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri onlar tərəfindən məhv edilib. Ukrayna hərbçiləri hələ də hücuma qarşı mübarizə apardıqlarını bildiriblər.
Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində baş verənlərlə bağlı məlumatı yeniləyib. MN-nin dedikləri budur:
Ukrayna silahlı qüvvələrinin hava hücumundan müdafiə vasitələri sıxışdırılıb
Ukrayna silahlı qüvvələrinin hava bazalarının hərbi infrastrukturu sıradan çıxıb
Ukrayna sərhədçiləri rus bölmələrinə heç bir müqavimət göstərmirlər
Bu məlumatlar Ukrayna hərbçilərinin dedikləri ilə ziddiyyət təşkil edir. Ukrayna tərəfi bildirib ki, ölkənin hərbi hava qüvvələri hücuma qarşı mübarizə aparır, hərbçilər isə müdafiə mövqelərini saxlayır. Bir az bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vəziyyəti “nəzarət altında” adlandırıb.
Bu səhər Rusiya Prezidenti Vladimir Putin xalqa növbəti dəfə müraciət edib və Ukraynanın Donbas bölgəsində “hərbi əməliyyat”lara başlandığını elan edib.
O, televiziyada bu bəyanatı səsləndirən zamanı BMT Təhlükəsizlik Şurası onu əməliyyatları dayandırmağa çağırıb.
Putin Ukraynanın şərqindəki ukraynalı əsgərləri silahları yerə qoymağa və evlərinə qayıtmağa çağırıb. O, xəbərdarlıq edib ki, kimsə Rusiyanı ələ keçirməyə cəhd edərsə, Moskvanın cavabı “dərhal” olacaq.
Beynəlxalq münasibət
Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara start verdikdən dərhal sonra, ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefonla danışıb. Ağ Ev rəhbəri çıxışında Rusiyanın hücumlarını “səbəbsiz və haqsız” adlandırıb.
Bu gün Böyük 7-lik ölkələri ilə iclas keçirəcəyini deyən Co Bayden, Kreml administrasiyasına qarşı “ağır sanksiyalar” tətbiq edəcəyini bildirib. O, Ukraynaya bütün “zəruri dəstək və yardımların davam etdiriləcəyini” vurğulayıb. Co Bayden baş verən bütün hadisələrə görə, yalnız Rusiyanın məsuliyyət daşıyacağını qeyd edib.
Ukraynanya hücuma münasibət bildirən Böyük Britaniyanın Baş naziri Boris Johnson açıqlamasında Putinin “qanlı yol”u seçdiyini qeyd edib. Britaniyalı hökumət başçısı müttəfiqləri ilə Rusiyaya qarşı mümkün cavab variantlarının müzakirə ediləcəyini açıqlayıb.
NATO-nun Baş katibi Yens Stoltenberq hücumu “beynəlxalq hüququn ciddi pozulması” kimi şərh edib. Hərbi alyansın rəhbəri “Twitter” hesabında paylaşdığı statusda hərbi əməliyyatların “saysız hesabsız mülki əhalinin həyatını riskə atdığını” bildirib. O, qısa müddətdə NATO müttəfiqlərinin bir araya gələrək, Rusiyanın “aqressiv davranışlarına” qarşı atılacaq mümkün addımları müzakirə edəcəklərini deyib.