Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:07 | 5 mart 2022 | Şənbə
Məqaləyə 5441 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
“Reuters”in sorğusuna görə, ABŞ əhalisinin 74 faizi Ukrayna səmasının Rusiya üçün qapadılmasını dəstəkləyir. Respondentlərin 80 faizi Rusiyadan neft-qaz idxalının qadağan olunmasına tərəfdardır. Bu, önəmli məsələdir, çünki ABŞ-da qərarların qəbuluna ictimai rəyin çox ciddi təsiri var.
Son günlər Qərb siyasətçiləri öz cəsarətsizliklərinə haqq qazandırmaq üçün Ukrayna səmasının uçuşa yasaq zona elan olunmasının 3-cü dünya müharibəsinə səbəb ola biləcəyini deməyə başlayıblar. Halbuki indiyədək bir həqiqət onlara qəti şəkildə aydın olmalıydı ki, Putin yalnız güc görəndə dayanır və geri addım atır.
NATO öz hərbi gücünə görə (xüsusən hava qüvvələri sahəsində) Rusiya ilə müqayisəyəgəlməz dərəcədə güclüdür. Rusiya müharibənin 10-cu günündə hələ də zəif Ukrayna Hava Qüvvələrini məhv etməyə və səmanı nəzarətə götürməyə nail ola bilməyib. NATO-nun bütün imkanları var ki, qısa müddətdə lazımi sayda təyyarə (döyüş və təminat məqsədli) cəlb edərək Ukrayna hava məkanında 24 saat keşik çəkməyə başlasın. Ukraynanın yaxınlığında çoxlu sayda NATO ölkəsi var (Polşa, Rumıniya, Türkiyə, Slovakiya, Macarıstan, Bolqarıstan) və onların infrastrukturu bu cür əməliyyatın həyata keçirilməsinə tam imkan verir.
Bu addımın atılması heç bir dünya müharibəsinə filan gətirib çıxarmaz. Rusiyanın belə bir gücü yoxdur və NATO-nun bu qərarına görə nüvə silahı da tətbiq etməz.
Hava məkanının bağlanması Ukraynanın müharibədən qələbə ilə ayrılması ehtimalını xeyli yüksəldəcək.