Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:41 | 9 mart 2022 | Çərşənbə
Məqaləyə 1398 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya İnternetini (“RuNet”) qlobal şəbəkədən ayırmaq istəyirlər. Qlobal internet şəbəkəsinin arxitekturasına cavabdeh magistral operatorların bəziləri öz imkanları daxilində artıq bu addımları atıblar.
Dünyada Regional internet şəbəkələrinin dayanıqlığına cavabdeh qlobal təşkilatlar da bu sanksiyaya qoşulsalar, Rusiyanın DNS və İP-ləri bloklansa Rusiyanı daha ciddi problemlər gözləyir.
Rusiya interneti sadəcə bir “İntranet”ə çevrilə biləcək. Doğrudur, Rusiya kənardan kiberhücumla bağlı “RuNet”in dayanıqılığını yoxlamaq üçün 2-3 il öncədən də testlər etmişdi.
Azad və sərbəst, suveren “RuNet” üçün müəyyən tədbirləri vardı. Lakin bütün bunlar indiki miqyasda qlobal texnoloji basqıları nəzərdə tutmamışdı. Azərbaycanın internet trafiki bir neçə ölkə üzərindən, o cümlədən də Rusiya ərazisindən tranzit magistral xətlərlə ölkəyə daxil olur.
Bizdə iki magistral operator, “Delta Telecom” və “AzerTelecom” bunu gerçəkləşdirir. Fikrimcə, qlobal dünya Rusiyanın internet trafikini bağlasa, Rusiya üçün bloklama aparsa, Rusiya ilə əlaqəli xidmətlərdə, .ru domeni üzərindəki xidmətlərdə ciddi problemlər olacaq.
Xatırladıram ki, bizdə hələ də müşahidə olunur ki çox sayda insanlar , məsələn mail.ru dan istifadə edirlər.
Ehtiyat etdiyim ən ciddi məsələ bu ölkənin ərazisindən keçib tranzit magistral xətlərlə ölkəmizə daxil olan internet trafikdədir. Fikrimcə, Rusiya interneti tam bağlansa bizim “AzNet”in dayanıqlığı üçün müəyyən risklər ola bilər.
Bildiyim qədər hər iki operatorumuzun xarici trafikində Rusiyadan daxil olan internetin xüsusi çəkisi çox yüksəkdir. Düşünürəm ki, magistral operatorların, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birgə bu məsələni diqqətdə saxlamağı doğru olardı.
Xaricdən ölkəyə daxil olan digər alternativ magistral internet xətlərin çəkilməsi üzərində düşünmək lazımdır. Təəssüf ki, hələlik Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan TransXəzər fiber optik magistral xətlərin çəkilişi də yubanır.
Eyni zamanda , düşünürəm ki, “Starlink” və “OneWeb” peyk operatorlarının da alternativ internet olaraq ölkədə fəaliyyətinə şərait yaratmaq doğru olardı.
P.S.: Qeyd etmək istərdim ki, Rusiya əhalisinin alternativ informasiya mənbəyindən məhrum edilməsinin daha ciddi problem olduğunu nəzərə alaraq qlobal internet təşkilatları hələlik “RuNet”i şəbəkədən ayırmağa elə də maraq göstərmirlər.