Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
19:00 | 11 mart 2022 | Cümə
Məqaləyə 2161 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya-Ukrayna müharibəsi daha dramatik nəticələrə köklənən gedişatlara hazırlanır. Bundan əvvəl Ukraynaya dəstək məqsədilə bəzi Qərb ölkələrindən könüllülərin Ukraynaya yollandığı bildirilirdi.
Bu gün Rusiya Prezidenti Vladimir Putin də müdafiə naziri Sergey Şoyquya göstəriş verdi ki, Rusiya ordusunun tərkibində döyüşmək istəyən muzdluların müharibədə iştirakını təmin etsin.
Hansısa ölkələrin adları açıqlamasa da, İraqın, Suriyanın, Liviyanın, Afrika regionundan olan silahlıların bu işdə Putinə dəstək verəcəyi ehtimalını səsləndirmək olar.
Hətta İrana bağlı “Hizbullah” qruplaşmasından könüllülər də Ukraynadakı müharibənin nəticəsinə Putinin xeyrinə dəyişmək üçün əmək sərf edərlər.
Bir növ, Ukrayna cəbhəsində tərəflərin savaşı güclənir və Ukraynanın gələcəyi acınacaqlı taleyə köklənir.
Bir-birinə zidd qütblərdən ibarət xarici hərbçilərin Ukraynada üz-üzə gəlməsi Ukraynanı poliqona çevirir, artıq münaqişə Rusiya-Ukrayna müharibəsinin də çərçivələrini aşır.
Rusiya 16000 muzdlunu Donbasa yerləşdirəcəyini elan edir, bununla da NATO-ya adekvat cavab tədbiri ilə reaksiya verir, gələcəkdə də NATO-nun addımları qarşılığında lazım olacaq addımlar atacağının anonsunu verir.
Yəqin ki, Rusiya Ukraynaya təcavüzə hazırlaşmazdan öncə, muzdlu faktorunu ehtiyat plan kimi öz strateji qovluğunda saxlayıbmış.
Situasiyanı qaranlığa qərq edən addımlar atılır, Putin göstərmək istəyir ki, canlı qüvvə itkilərini kompensasiya etmək üçün xarici rezervləri mövcuddur.
Biz bir zaman Əfqanıstanda, İraqda, Suriyada, Liviyada virtual və ya birbaşa gördüyümüz səhnələrə bu dəfə Avropanın burnunun dibində müşahidə olunur.
Rusiya muzdlu amili ilə Ukrayna ilə danışıqların növbəti raundu üçün psixoloji üstünlük qazanmaq istəyir.
Bu mənada Putinin sayla bağlı blef etməsi ehtimalını da irəli sürmək olar.