Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:59 | 14 mart 2022 | Bazar ertəsi
Məqaləyə 1275 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna rəsmilərinin bildirdiyinə görə, ölkənin qərbində Polşa sərhədindən 25 kilometr məsafədə yerləşən ən böyük hərbi bazalardan biri Rusiya tərəfindən raket hücumuna məruz qalıb, nəticədə 35 nəfər ölüb, 134 nəfər yaralanıb.
Lıvov şəhərinin regional hərbi administrasiyası Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzinə (Yavoriv hərbi poliqonu) hava zərbəsi endirilməsi barədə məlumat yayıb. İlkin məlumatlara görə, bazaya səkkiz raket atılıb.
Baza NATO-nun hərbi təlimatçıları tərəfindən də istifadə edilib, lakin Ukrayna rəsmiləri hücum zamanı onlardan kiminsə orada olub-olmadığını və yaralanıb-yaralanmadığını müəyyən etməyə çalışdıqlarını bildirib.
Yavoriv bazası Polşaya gedən ukraynalılar üçün əsas tranzit mərkəzi olan Lıvovdan cəmi 60 kilometr aralıda yerləşir.
Şahidlərin bildirdiyinə görə, təcili yardım maşınları poliqon ərazisindən xəstəxanaya doğru hərəkət edib.
Lıvov vilayət administrasiyasının rəhbəri Maksim Kozitskinin verdiyi məlumata görə, poliqona 30-a yaxın raket atılıb. Lakin mərkəzi hökumət rəsmiləri bazaya səkkiz raketin atıldığını təxmin edir.
“İşğalçılar Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzinə hava zərbəsi endirib. İlkin məlumatlara görə, onlar 8 raket atıb”, Ukrayna hərbi qüvvələrin sözçüsü Anton Mironoviç “İnterfaks Ukrayna” agentliyinə bildirib.
Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzinə raket hücumu Rusiyanın indiyə qədər Ukraynanın ən qərb bölgəsinə etdiyi hücumdur və bununla Lıvovun da tezliklə münaqişəyə cəlb edilə biləcəyi ilə bağlı qorxular artır.
Yavoriv bazasının hədəf alınması bəzi Qərb diplomatları tərəfindən şənbə günü Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Ukraynaya qərbdən silah daşıyan karvanların Moskva tərəfindən “qanuni hərbi hədəf” hesab edildiyi haqda xəbərdarlığını gücləndirən bir mesaj kimi qəbul edilir.
Son günlər Rusiya hərbi hava qüvvələrinin Ukraynanın qərbində hərbi obyektlərə endirdiyi zərbələrin sayı artıb.
İvano-Frankivsk rəsmiləri Rusiya döyüş təyyarələrinin şəhərin hava limanına hücum etdiyini və şəhər infrastrukturunu demək olar ki, tamamilə dağıtdığını bildirib.
Ukraynanın Fövqəladə Hallar Xidməti Rusiya Hərbi Hava Qüvvələrinin Çerniqovda çoxmərtəbəli yataqxana binasına zərbələr endirdiyini, bir nəfərin öldüyünü, yeddi nəfərin yaralandığını bildirib.