Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
21:42 | 14 mart 2022 | Bazar ertəsi
Məqaləyə 1012 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Mariupolda “yaşıl dəhliz” işə düşüb və insanlar şəhərdən çıxarılmağa başlayıb. Artıq onlarla avtomobil şəhəri tərk edə bilib. Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko öz “Facebook” səhifəsində məlumat verib.
“Saat 13:00-a olan məlumata görə, Mariupol marşrutu üzrə (Melekino kəndi - Portovskoe kəndi - Manquş kəndindən Berdyansk (Zaporojye) istiqamətində) şəxsi nəqliyyat üçün humanitar dəhlizin sükut rejiminə əməl olunduğu təsdiqlənib. Hazırda 50-dən çox şəxsi avtomobil Berdyanskdan keçərək Zaporojye istiqamətində hərəkət edir. Nəzarət-buraxılış məntəqələrindən keçmək problem yaratmır”, - deyə Andryuşenko bildirib.
Andryuşenko onu da əlavə edib ki, Mariupolun bütün sakinlərini Zaporojyedə ilkin tibbi yardım gözləyir.
Şəhər merinin müşaviri yerli hökumətin bu dəhliz istiqamətində təhlükəsizliyə rəsmi zəmanət verə bilmədiyini də qeyd edib.
“Bu, rəsmi təsdiqi olan və bu gün faktiki olaraq fəaliyyət göstərən yeganə dəhlizdir. Buna görə də biz öz şəxsi nəqliyyatınızla evakuasiyaya müstəqil qərar verdiyiniz halda sizə bu məlumatdan istifadə edə biləcəyinizi bildiririk”, - deyə o, əlavə edib.
İki həftəyə yaxındır ki, Mariupol Rusiya ordusu tərəfindən mühasirəyə alınıb və şəhərdə aktiv döyüşlər gedir. Yerli hökumət orqanlarının məlumatına görə, Rusiya hərbçiləri sükut rejiminə dair razılaşmalara əməl etməyərək, yaşayış binalarını və tibb müəssisələrini atəşə tutub. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, o, yalnız hərbi obyektlərə və “millətçilərin sığınacaqlarına” zərbələr endirir.
Mariupol hökumət orqanlarının məlumatına görə, Ukraynada müharibə başlayandan bəri əsasən top atəşləri və hava hücumları nəticəsində şəhərdə 2187 nəfər həlak olub.
Şəhər Şurasının bildirdiyinə görə, Rusiya ordusu “qəsdən yaşayış binalarını, insanların sıx olduğu yerləri hədəf alır, uşaq xəstəxanalarını dağıdır və şəhərin infrastrukturunu tamamilə məhv edir”.