Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
12:30 | 16 mart 2022 | Çərşənbə
Məqaləyə 1288 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Rusiyanın Ukraynanı işğalı cəhdi, müharibə və dağıntılar Kiyevi müxtəlif gəlirlərdən məhrum edib. Bunlardan biri də təhsil sahəsidir. Dünyanın müxtəlif ölkələrindən hər il on minlərlə gənc Ukraynada təhsil almağa gedirdi. Azərbaycan gənclərinin bir qismi də Türkiyə ilə yanaşı Ukraynada təhsil almağa üstünlük verirdi. Kiyev və Xarkovdakı ali təhsil ocaqlarında müxtəlif millətlərin nümayəndələri təhsil alırdılar.
Ukraynada uzaq Çin və Hindistandan da oxumağa gedənlər az deyildi. Müharibə başladıqda və Xarkov bombardman edilməyə başladıqda tələbələrin böyük qismi çətin vəziyyətə düşdülər. Bir sıra ölkənin lideri Rusiya prezidentinə zəng edərək tələbələrini humanitar koridor vasitəsilə çıxarmaq üçün imkan yaradılmasını xahiş edirdilər. Hindistanın baş naziri Narendra Modi də bu mövzuda Rusiya və Ukrayna prezidentləri ilə telefonda danışaraq hindli tələbələri Xarkovdan çıxarmağa çalışırdı. Müharibəyə qədər Ukraynada 15 min hindli tələbə təhsil alırdı. Onlar müxtəlif humanitar koridorlar vasitəsilə canlarını qurtarmağa çalışırdılar. Xarici tələbələr Ukrayna ilə müxtəlif ölkələrin sərhədlərində ilişib qalmışdılar. Çünki milyonlarla ukraynalı da canlarını qurtarmaq məqsədilə sərhəddə toplaşırlar. Ona görə də xarici ölkələrin tələbələri hamı kimi kilometrlərlə uzanan növbələrə dayanmaq məcburiyyətində idilər.
Kreml Dehliyə kömək etməyə hazır idi. Hindistan Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasındakı səsvermədə Rusiyanın əleyhinə səs vermədi. Dehli bununla Kremllə münasibətləri gərginləşdirmək istəmədi. Məsələ burasındadır ki, Kəşmir məsələsində də Rusiya hər zaman BMT-də Hindistanın lehinə səs verib. ABŞ-ın məşhur “Financial Times” nəşrinin yazdığına görə, Hindistan Ukrayna məsələsində Çinlə eyni mövqedən çıxış etməklə Rusiyanı özündən uzaqlaşdırmaq istəməyib. Dehlin Kremlin Çinlə Hindistan arasında balansı pozmamasını arzulayır.
Buna baxmayaraq, Ukraynanın işğalı və müharibənin davam etməsi Pekin kimi Dehlini də narahat edir. Ərazi bütövlüyü məsələsi Çin kimi Hindistan üçün də həssas mövzudur. Dehli bir başqa məkanda hər hansı dövlətin ərazi bütövlüyünün parçalanmasında maraqlı deyil. Digər tərəfdən Dehli Kremlin Ukrayna məsələsində qıcıqlandırmaq istəməsə də, siyasi və hərbi əməkdaşlıq məsələlərində ABŞ-a, o cümlədən qonşuları Avstraliya və Yaponiyaya üstünlük verir. Dehli Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla hesablaşmağa başlayıb. Hindistanın böyük şirkətləri və bankları obyektiv səbəblərdən rusiyalı həmkarlarıyla əməkdaşlıqdan çəkinirlər.