Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
15:01 | 17 mart 2022 | Cümə axşamı
Məqaləyə 701 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
“The New York Times” (NYT) ABŞ kəşfiyyatının “mühafizəkar hesablamalarına” istinadən yazır ki, fevralın 24-də Ukraynada döyüş əməliyyatları başlayandan bəri Rusiyanın 7 mindən çox hərbçisi həlak olub. Bu, İraq və Əfqanıstandakı müharibələr zamanı 20 il ərzində öldürülən Amerika əsgərlərinin ümumi sayından çoxdur.
NYT-ın məlumatına görə, Rusiyanın 14-21 min arasında əsgəri yaralanıb. Ümumilikdə bu müharibədə Rusiyanın 150 mindən çox hərbçisi iştirak edir.
Bu məlumatlar qeyri-dəqiq ola bilər. Belə ki, bu məlumatlar media məlumatlarına, rəsmi tərəflərin rəqəmlərinə, peyk şəkillərinə və rus qoşunlarının atəşə tutulmasına dair videolara əsaslanır.
NYT Pentaqondakı anonim mənbələrə istinadən bildirib ki, itkilərin sayının artması Rusiya ordusunun əhval-ruhiyyəsinə təsir edə bilər.
Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun itkiləri ilə bağlı məlumatı yalnız bir dəfə, martın 2-də açıqlayıb. Nazirliyin məlumatına görə, Ukraynada Rusiyanın 498 hərbçisi həlak olub, 1597-si yaralanıb.
Ukrayna hökumətinin məlumatında isə Rusiya ordusunda itkilərin daha çox, 13,8 min nəfər olduğu deyilib. Bu rəqəmə yaralıların və məhbusların daxil olub-olmadığı bildirilməyib.
Ukrayna hakimiyyəti eləcə də müharibə zamanı 4 rus generalının öldüyünü açıqlayıb. Rusiya bu məlumatları təsdiqləməyib.
Ukrayna prezidenti Vladimir Zelenski də Rusiya qoşunlarının genişmiqyaslı işğalının başlanmasından bəri ölkə silahlı qüvvələrinin təxmini itkilərini açıqlayıb. Onun sözlərinə görə, fevralın 24-dən bəri təxminən 1300 Ukrayna əsgəri həlak olub.
Münaqişə tərəflərinin rəsmi nümayəndələrinin verdiyi məlumatların nə dərəcədə doğru olduğunu yoxlamaq mümkün deyil.