Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
13:32 | 18 mart 2022 | Cümə
Məqaləyə 1052 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın döyüş gəmiləri çərşənbə günü səhər saatlarında Odessa yaxınlığında hədəfləri bombalayıblar. Bunun Ukraynanın liman şəhərinə hücumun artırıldığına işarə ola biləcəyi deyilir. Ancaq bəzi hərbi strateqlər deyir ki, Rusiya qüvvələri ələ keçirdikləri əraziləri nəzarətlərində saxlamaqda çətinlik çəkirlər və bəzi yerlərdə aparılan şiddətli döyüşlər nəticəsində ələ keçirdikləri əraziləri geri itiriblər və bu da Odessaya hücumu ləngidəcək.
Britaniyanın Müdafiə Nazirliyi döyüşün gedişatı ilə bağlı gündəlik brinfinqində bildirib ki, Rusiya qüvvələri Ukraynanın relyefinin törətdiyi çətinlikləri aşmaqda çətinlik çəkirlər və Rusiya birlikləri əsasən Ukraynadakı yollardan asılıdırlar və yoldan kənarda manevr etməkdən çəkinirlər. Nazirlik bildirib ki, Ukrayna qüvvələri həmçinin körpüləri partlatmaqla Rusiya qoşunlarının irəliləməsinin qarşını ala bilib.
“Ukrayna Silahlı Qüvvələrinin taktikaları Rusiyanın manevr çatışmazlığından məharətlə istifadə edib, Rusiyanın irəliləməsini çətinləşdirib və işğalçı qüvvələrə ağır zərbələr endirib,” Britaniya Müdafiə Nazirliyi bildirib.
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak çərşənbə günü “Twitter”də bildirib ki, “bir neçə əməliyyat bölgəsində” həyata keçirilən əks-hücumlar döyüşən “tərəflərin mövqelərini” dəyişdirib. Ukrayna Prezidentinin bir digər müşaviri Aleksey Arestoviç deyib ki, Ukraynanın kiçik-miqyaslı əks-hücumları Rusiya qüvvələrinin Kiyev ətrafındakı əsas qaynar nöqtələrdə irəliləyiş əldə edə bilmədiyinə işarə edir və “Rusiya resurslarını tükətdiyinə görə” onların bunu edə bilmək ehtimalı çox azdır.
Arestoviç video brifinqində bildirib ki, Rusiya raketlərinin üçdə ikisi mülki binalar və infrastrukturu hədəf alır.
Ukrayna rəsmiləri bildirib ki, Rusiya qüvvələri Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkov və ətrafının intensiv şəkildə bombardman etməyə davam edib. Çərşənbə günü Ukrayna paytaxtı Kiyevə hücum nəticəsində çoxmərtəbələri yaşayış binası atəşə tuş gəlib və nəticədə yanğın başlayıb. Ukrayna rəsmiləri Rusiyanın 21 gündür davam edən müharibədə 3500 binanı, o cümlədən 200 məktəbi dağıtdığını təxmin edir.
Ukrayna ordusu Rusiyanın fevralın 24-də başlatdığı hərbi müdaxilə zamanı indiyədək 13800 rus əsgərinin öldüyünü və ya əsir alındığını bildirib. Onlar həmçinin 430 tankı ə 1375 zirehli maşını ya dağıdıb ya da ələ keçirib. Ukraynanın iddiaları müstəqil şəkildə təsdiqlənməyib.
Dördüncü Rusiya generalı, Rusiyanın 150-ci motoatıcı diviziyasının 47 yaşlı komandiri Oleq Mityaevin də öldürüldüyü bildirilir. Kiyev Suriyada döyüşən Mityaevin Mariupol şəhəri yaxınlığında öldürüldüyünü deyib və onun cəsədinin olduğunu iddia etdiyi fotonu paylaşıb.
Moskva onun ölümünü təsdiqləməyib.
Əgər iddia doğrudursa, bu, fevralın 24-dən bəri öldürülən dördüncü Rusiya generalı və 13-cü zabit olacaq.
Hərbi analitiklər yüksək rütbəli zabitlər arasında tələfatın yüksək olmasının səbəbini onların logistik təchizat problemlərini həll etmək və quru qoşunları irəli çəkmək üçün cəbhə bölgəsinə yaxınlaşması ilə izah edir. Moskva martın 2-də yalnız 498 əsgərinin öldüyünü, 1597-nin yaralandığını etiraf edib və o zamandan bəri bu rəqəmi yeniləməyib.
Qərbin müdafiə rəsmilərinin Rusiya hərbçiləri arasında tələfatla bağlı təxminləri Ukraynanın təxminlərindən daha azdır. Onlar 6 min rus əsgərinin öldüyünü təxmin edir ki, bu, iyirmi ildə Əfqanıstan və İraqda ölən ABŞ hərbi qulluqçularının sayına bərabərdir.
Rusiya ordusunun sözçüləri döyüşün gedişatı ilə bağlı fərqli bir görüşə sahibdir və deyir ki, onların qüvvələri son 24 ildə Ukraynanın iki Su-25 döyüş təyyarəsini, bir MiG-29 qırıcı təyyarəsini, habelə dörd dronunu vurub. Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov həmçinin çərşənbə günü deyib ki, Rusiya qüvvələri son bir gündə Ukraynanın 128 hərbi obyektini dağıdıb .
Müstəqil hərbi müşahidəçilər və strateqlər Britaniya Müdafiə Nazirliyinin dəyərləndirməsi ilə razılaşır və bildirir ki, daha az silah və qoşuna malik Ukraynanın müdafiə qüvvələri Rusiyanın işğalçı qüvvələrini, xüsusilə də Ukraynanın şimal və şərqində məyus edə bilib.
Ukraynanın cənubunda Rusiya qüvvələri daha böyük irəliləyiş əldə edib amma kiçik liman şəhəri olan Mariupolu mühasirə edib, günlərdir susuz, ərzaqsız və elektriksiz buraxsalar da, zəbt edə bilməyiblər. Rusiya həmçinin Ukraynanın Odessadan 120 kilometr şərqdə olan Mikolayev şəhərini əzmli şəkildə müdafiə etməsi səbəbilə Odessaya doğru irəliməkdə müvəffəq olmayıb. Orada Ukraynanın müdafiəçiləri bir neçə gün öncə yerli hava limanını geri ala biliblər.
Ukrayna və Qərbin hərbi rəsmiləri deyir ki, onlar hələ də Rusiyanın Odessaya hücum hazırladığını düşünürlər və Rusiyanın döyüş gəmiləri sahilə yaxın yerə toplaşmağa başlayıblar. Ruslar üçün bir variant Mikolayevdən yan keçərək, amfibiya enişi etmək ola bilər.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Təşkilatının katibi Aleksey Danilov ötən həftə deyib ki, Odesaya dənizdən hücum hazırlansa da, pis hava şəraiti səbəbilə təxirə salınıb. Odessa Rusiya hücumuna hazırlıq məqsədilə küçələri döyüş üçün hazırlayıb, sahillərə minalar yerləşdirib.