Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:42 | 18 mart 2022 | Cümə
Məqaləyə 1023 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri cümə axşamı deyib ki, Ukraynada “həyatı xilas edəcək dərman” sülhdür.
ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus BMT-nin Təhlükəsizlik Şurasının son üç həftə ərzində Rusiyanın hava hücumları və artelleriya atəşinə tutulan Ukraynada humanitar vəziyyətin pisləşməsi ilə bağlı iclasında verdiyi açıqlamasında “Uzun sürən münaqişə heç kimin marağına uyğun deyil və yalnız ən həssas insanların əzabını uzadacaq” deyib.
Tedros ÜST-ün onlarla insanın həlak olduğu, 34 nəfərin yaralandığı 43 səhiyyə müəssisələrinə hücumları təsdiqlədiyini bildirib.
Xəstəxanalara edilən hücumlar hərbi cinayətlər səviyyəsinə yüksələ bilər.
Tedros ÜST-ün Ukrayna Səhiyyə Nazirliyi ilə işlədiyini və indiyədək ölkəyə 100 ton tibbi ləvazimat göndərdiyini deyib.
“Biz hazırda Lvovdakı anbarımızdan Ukraynanın bir çox şəhərinə təchizat xətləri çəkmişik, lakin çıxışda problemlər qalmaqdadır”, - deyə Tedros bildirib. Lvov Ukraynanın qərbində, nisbətən təhlükəsiz yerdədir.
Tedros ÜST-ün BMT ilə ortaq karvanlarında çətin bölgələrə daxil olmağa hazır olan kritik ləvazimatların olduğunu, lakin indiyə qədər onların çatdırıla bilinmədiyini deyib.
BMT-nin siyasi ofisinin rəhbəri Rosmari Dikarlo üç həftə davam edən qarşıdurmada məktəblər və xəstəxanalar da daxil olmaqla, yüzlərlə yaşayış binasının dağıdıldığını və ya zədələndiyini bildirib.
Rusiya fevralın 24-də işğala başladıqdan sonra BMT 52-si uşaq olmaqla, 726 mülki vətəndaşın öldürüldüyünü, 1000-dən çox mülki vətəndaşın yaralandığını təsdiqləyib. BMT həqiqi rəqəmlərin daha yüksək ola biləcəyini deyib.
“Dünya boyu bütün mülki vətəndaşların həyatını qorumaqla bağlı öhdəliklərə tam riayət etməkdə bütün tərəflər məsuliyyət daşıyır”, - deyə Dikarlo bildirib.
Dikarlo “Mariupol və Xarkovdakı dağıntılar Kiyevdə və intensivləşən hücumlarla üzləşən digər şəhərlərdə milyonlarla sakinin taleyi ilə bağlı ciddi qorxular yaradır” deyib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bildirdiyinə görə, münaqişə 3,1 milyondan çox insanın qonşu Avropa ölkələrinə qaçmasına səbəb olub və daha 2 milyon insan Ukrayna daxilində didərgin düşüb.
“Rusiya öz vəhşiliklərinə görə cavab verəcək. Bu çılğınlığa son qoymağın yalnız bir yolu var: Prezident (Vladimir) Putin qətlləri dayandırın, qoşunlarınızı çıxarın, Ukraynanı birdəfəlik tərk edin”, - deyə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib.