
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Martın 18-də Rusiya Ukraynada paytaxt Kiyevin və başqa şəhərlərin bombardmanını davam etdirib. Buna baxmayaraq Qərb mənbələri və Ukrayna rəsmiləri Rusiya qoşunlarının hücum əməliyyatının divara dirəndiyini bildirirlər.
Ukraynaya hücumdan üç həftədən çox vaxt keçməsinə baxmayaraq, Rusiya qoşunları ölkənin böyük şəhərlərini ələ keçirə bilməyib, Kiyevin şimalında isə bəzi mövqelərdən hətta geri çəkilməli olublar.
Rusiya ələ keçirdiyi Xerson şəhərində belə nəzarəti tam ələ ala bilməyib.
“Reuters” agentliyi yazır ki, Kiyevin yaşayış məhəllələrinin gündəlik bombardmanına baxmayaraq torpaq üstündə Rusiya qoşunları Ukrayna ordusunun qızğın müqaviməti ilə üzləşirlər.
Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanık martın 18-də deyib ki, Rusiya qüvvələri Kiyev ətrafında son 24-48 saat ərzində əhəmiyyətli irəliləyişə nail ola bilməyiblər.
Onun sözlərinə görə onların yaşayış məntəqələrini ağır silahlardan xaotik atəşə tutması da bu “çarəsizlikdən” qaynaqlanır.
ABŞ-ın müdafiə rəsmilərindən biri həftənin əvvəlində demişdi ki, Rusiyanın Ukraynadakı hücumu “divara dirənsə” də, Kreml geri çəkiləcəyinə dair heç bir ümid vermir.
Rəsmi bildirib ki, hücum əməliyyatlarında yaranmış texniki və logistika çətinliklərinə rəğmən Rusiya döyüşlərin intensivliyini azaltmır.
Onun sözlərinə görə Rusiyanın hücumları Kiyevin mərkəzindən 15 kilometr məsafədə durğunlaşıb, Xarkov və Mariupolun bombardmanına baxmayaraq bu istiqəmətlərdə də irəliləyiş yoxdur.
ABŞ və Britaniya müdafiə rəsmiləri deyirlər ki, Rusiya hələ ki, Ukrayna səmasında hegemonluğa da sahib ola bilməyib.
Britaniyanın Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ukrayna hərbçilərinin qızğın müqaviməti ilə üzləşən Rusiya qoşunları böyük bir ehtimalla hücum əməliyyatlarını təşkil etməkdə çətinlik çəkir.
Britaniya hərbi kəşfiyyatının son məlumatlarına görə Rusiya Ukraynada verdiyi canlı itkilərin yerinin doldurulması üçün tədbirlər görür.
Məlumatda qeyd edilir ki, bu itkilər Rusiyaya indikindən daha böyük əraziyə nəzarəti ələ almaq imkanı verməyə bilər.
Britaniya hərbi kəşfiyyatının ehtimalına görə Rusiya səfərbər etməyə çalışdığı yeni canlı qüvvənin köməyi ilə indiyədək ələ keçirdiyi əraziləri saxlamağa çalışacaq.
Məlumatda deyilir ki, Rusiya əlavə canlı qüvvəni Şərq Hərbi Dairəsindən, Sakit Okean Donanmasından və Ermənistandan gətirir, habelə özəl hərbi şirkətlərin döyüşçüləri və Yaxın Şərq muzdluları hərbi əməliyyatlara cəlb edilir.
***
Bu arada ABŞ ordusunun keçmiş komandanlarından general-leytenant Ben Hoces deyib ki, müharibənin qarşıdan gələn 10 günü həlledici olacaq.
“Sky News” yazır ki, hazırda Avropa Siyasəti Mərkəzində Strateji Tədqiqatlar bölümünün başçısı olan general bu həftə dərc etdiyi məqalədə yazıb:
“Rusların başı bəladadır və onlar bundan agahdırlar. Onlar elə bu səbəbdən kömək üçün Çinə müraciət ediblər. Rusiya generallarının vaxtı, silah-sursatı və canlı qüvvəsi tükənir. Bunlar heç bir daxili informasiyadan qaynaqlanmır. Mən açıq mənbələrdən aldığım məlumatlara və öz şəxsi təcrübəmə görə bu qənaətə gəlmişəm. Yanıla bilərəm, amma bu qiymətləndirməmdən əminəm”.
General yazır ki, yaranmış vəziyyət ABŞ-ın rəhbərliyi altında Qərbdən Ukraynaya verilən dəstəyin sürətləndirilməsini və genişləndirilməsini tələb edir.
Ben Hoces hazırda Ukrayna müharibəsində yaranmış vəziyyəti 1948-1949-cu illərdə həyata keçirilmiş Berlin hava təxliyəsi ilə müqayisə edir: “Onların Ukrayna şəhərlərinə ən çox dağıntı verən raketləri, ballistik raketləri, uzaqmənzilli artilleriyanı məhv etmək üçün silah-sursata, habelə bu sistemlərin yerini aşkarlamaq üçün kəşfiyyata ehtiyacı var”.
Bu arada Ukrayna prezidenti Vladimir Zelenskinin müşavirlərindən biri deyib ki, Rusiya tərəfi ilə danışıqlar çətin gedir.
Onun fikrincə kompromis üçün imkan olsa da, fikir ayrılıqları fundamentaldır.
Döyüşlər danışıqların getdiyi saatlarda da dayanmayıb və hansının hansına daha çox təsir göstərdiyini demək çətindir.