Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:58 | 20 mart 2022 | Bazar
Məqaləyə 928 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynanın mühasirədə olan Mariupol liman şəhərində 400-ə yaxın insanın sığınacaq tapdığı incəsənət məktəbi Rusiya qüvvələri tərəfindən bombalanması barədə xəbər vermişdik. Şəhər şurası bazar günü bildirib ki, hücum zamanı bina dağılıb. Sağ qalanlar barədə dərhal məlumat verilməyib.
Şəhər şurasının şənbə günü yaydığı məlumata görə mariupolun minlərlə sakini evlərindən zorla çıxarılıb: “Son həftə ərzində bir neçə min Mariupol sakini Rusiyaya aparılıb”.
“İşğalçılar Levoberejnı rayonundan və mindən çox insanın (əsasən qadın və uşaqların) davamlı bombardmanlardan gizləndiyi idman klubunun binasındakı sığınacaqdan insanları qanunsuz olaraq aparıblar”, Mariupol şəhər şurası öz “Telegram” kanalında bildirib.
“21-ci əsrdə insanların zorla başqa ölkəyə aparıla biləcəyini təsəvvür etmək çətindir”, Mariupol meri Vadim Boyçenko bəyanatında bildirib: “İşğalçıların bu gün etdikləri İkinci Dünya Müharibəsində nasistlərin zorla insanları əsir götürdüyü dəhşətli hadisələri görən yaşlı nəslə tanışdır”.
Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü gecə müraciətində Rusiyanın Mariupolda hərəkətlərinin “müharibə cinayətlərinə görə məsuliyyət tarixinə düşəcəyini” deyib.
Mariupol şəhərinin təxminən 400 min sakini daimi atəş və bombardmanlar altında işıq, istilik və sudan məhrum olaraq mühasirədə qalır.
Xilasedicilər Rusiyanın hava zərbəsi nəticəsində dağıdılan Mariupol Dram Teatrının dağıntıları altında insanların axtarışını davam etdirirlər. Rusiya teatra zərbə endirildiyi və ya mülki şəxslərə hücum edildiyini inkar edir.
Bu arada, Ukrayna rəsmiləri cümə günü Rusiyanın Ukraynanın cənubundakı Nikolayiv şəhərində əsgərlərin gecə kazarmada yatdığı vaxt hərbi bazaya raket hücumundan sonra ölənlərin sayını hələ açıqlamayıb.
“Bizim heç bir söz deməyimizə icazə verilmir, çünki xilasetmə əməliyyatı hələ tamamlanmayıb və ailələr hələ də məlumatlandırılmayıb”, hərbi qüvvələrin sözçüsü Olqa Malarçuk Fransa xəbər agentliyinə deyib.
Əsgərlərdən biri AFP-yə 50 cəsədin tapıldığını, digəri isə dağıntılar altında 100-ə qədər ölənin ola biləcəyini bildirib.
Nikolayev Odessa hərbi-strateji limanından 130 kilometr aralıda yerləşir.