Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
09:44 | 21 mart 2022 | Bazar ertəsi
Məqaləyə 885 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna savaşında gündəlik itkilərinin 1000 nəfər civarında (ölü və yaralı) olduğunu bildirib. Bu barədə “The Washington Times” yazıb.
Rəqəm çox böyükdür. Bu, 1 aya 30 min (məncə, ən minimal hesabla) əsgərin sıradan çıxması deməkdir. Bu qədər itki ilə nəinki hücum əməliyyatlarını, ümumən müharibəni davam etdirmək çox çətindir.
Təsadüfi deyil ki, Rusiyanın Ukrayna əməliyyatı üçün cəmləşdirdiyi 190 minlik qruplaşmanın hücum potensialı önəmli dərəcədə məhdudlaşıb. Onlar hazırda yalnız lokal istiqamətlərdə ağır itkilərlə müşayiət olunan hücumlar edirlər. İndi Rusiya komandanlığı hücumun 2-ci dalğası üçün ordan-burdan qüvvə toplamağa başlayıb, Belarusu da bu avantüraya sürükləmək istəyir. Lakin 2-ci eşelonun döyüş qabiliyyəti 1-ci eşelondakılardan yüksək olmayacaq.
Ukrayna ordusu effektiv döyüşür və öz gücünü qənaətlə istifadə etməklə düşmənə fasiləsiz rejimdə zərbələr endirir. Bu, səngər savaşı deyil, sabit cəbhə xətti yoxdur. Ukrayna komandanlığının müdafiə strategiyası Atatürkün "xətti müdafiə yoxdur, səthi müdafiə var" deyə tərif etdiyi formula uyğundur. Əgər Rusiyanın raket-aviasiya sahəsindəki üstünlüyü olmasaydı, onun yerdəki qüvvələri Ukrayna ordusu tərəfindən qısa müddətdə darmadağın ediləcəkdi. Məhz düşmənin havadakı üstünlüyü səbəbindən Ukrayna kifayət qədər ehtiyatı olmasına baxmayaraq, hələ ki genişmiqyaslı hücumlara başlaya bilmir və dinamik müdafiə döyüşləri ilə düşməni taqətdən salma, onun arxa cəbhə təminatını hədəf alma taktikasını davam etdirir.
Yadınızdadırsa, müharibədən əvvəlki yazılarımda bu məqamları qeyd etmiş və quru qoşunları sahəsində Ukraynanın Rusiyadan geri qalmadığını, hətta motivasiya faktoru da nəzərə alındıqda üstün olduğunu, dərinliklərə irəliləyəcək rus ordusunun öncü birliklərinin (avanqard) təminat-logistika problemləri ilə üzləşəcəyini, savaşın taleyinin yerdə həll olunacağını vurğulamışdım.
Hazırda cəbhədəki vəziyyət qətiyyən Ukraynanı ağır şərtlərlə sülh imzalamağa məcbur etmir.
Rusiyanın bundan sonra ciddi hərbi uğur qazanma ehtimalı varmı? Var. Məsələn, dümdüz etdikləri Mariupolu ələ keçirə bilərlər. Lakin bu da Ukraynanı təslimçi sülhə vadar etmək üçün yetərli olmayacaq.
Ümumiyyətlə, Ukrayna xalqı və xalqla bütünləşmiş ordu təslimçiliyi qəbul etməz. Zelenski və ya başqa bir liderin özbaşına, gecəyarısı belə bir sənədə imza atacağını da gözləmək lazım deyil.