Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:16 | 21 mart 2022 | Bazar ertəsi
Məqaləyə 924 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya qüvvələri paytaxt Kiyevi atəşə tutmaqda davam etdiyi bir vaxt Ukrayna Rusiyanın mühasirədə olan Mariupol şəhərinin təslim edilməsi ilə bağlı ultimatumunu rədd edib.
Ukrayna baş nazirinin müavini İrina Vereşuk Rusiyanın tələbini rədd edərək, Rusiyanın insanların Mariupoldan çıxa bilməsi üçün humanitar dəhlizlər açmalı olduğunu deyib.
“Hər hansı təslim olmaqdan, silahı yerə qoymaqdan söhbət gedə bilməz. Biz artıq bu barədə Rusiya tərəfini məlumatlandırmışıq”, - deyə Vereşuk “Ukrayna Pravdası” xəbər agentliyinə bildirib.
Rusiyanın dövlət xəbər agentliyi RİA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bazar ertəsi Ukrayna ordusuna səhərə qədər möhlət verib və təslim olmaqdan imtina etməni “quldurların” tərəfinə keçmək kimi qiymətləndirəcəyini bildirib.
Keçən gecə Kiyevdəki ticarət mərkəzinə düşən mərmi azı 4 nəfərin ölümünə səbəb olub.
Böyük Britaniyanın Müdafiə Nazirliyi bazar ertəsi Kiyevin şimalında şiddətli döyüşlərin getdiyini, lakin Rusiya qüvvələrinin böyük hissəsinin paytaxtın mərkəzindən 25 kilometrdən çox məsafədə dayandığını bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski bazar günü yayımlanan “CNN” kanalının müxbiri Fərid Zakariyaya müsahibəsində deyib ki, Rusiya ilə danışıqlar yolu ilə razılığa gəlməmək “üçüncü dünya müharibəsi demək olacaq”.
Zelenski Moskva ilə ərazi bütövlüyünün bərpası və Ukrayna üçün ədaləti təmin edən hərtərəfli sülh danışıqlarına çağırıb. Rusiyanın baş müzakirəçisi bildirib ki, son günlər tərəflər Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi və neytral status alması məsələsində razılığa yaxınlaşılıb.
Zelenski CNN agentliyinə deyib ki, Rusiya qüvvələri Ukraynaya “bizi məhv etmək, öldürmək üçün daxil olub”. Lakin o, Ukraynanın suverenliyi və bütövlüyündən imtina etməyəcəyinə söz verib.
“Ruslar uşaqlarımızı öldürdü. Artıq vəziyyəti dəyişə bilməzsiniz. Siz Ukraynadan bəzi əraziləri müstəqil respublika kimi tanınmasını tələb edə bilməzsiniz. Bu kompromislər sadəcə olaraq yanlışdır”, - deyə Zelenski bildirib.
Ukraynanın Mariupol liman şəhərində 400-ə yaxın insanın sığınacaq tapdığı incəsənət məktəbi Rusiya qüvvələri tərəfindən bombalanıb.
ABŞ müdafiə naziri Lloyd Ostin “CBS” telekanalına müsahibədə deyib ki, o, Rusiya qüvvələrinin hərbi “kampaniyasının irəliləmədiyi” üçün mülki əhaliyə qarşı bu dəhşətli hücumlara əl atdığını düşünür.