Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:56 | 23 mart 2022 | Çərşənbə
Məqaləyə 733 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
4 həftə ərzində Ukraynada əhəmiyyətli irəliləyiş əldə edə bilməməsi, üstəlik ciddi itkilər verməsi Rusiya prezidenti Vladimir Putinin nüvə silahına əl ata biləcəyi ilə bağlı ehtimalı gündəmə gətirib.
Böyük Britaniyanın Ukraynaya göndərdiyi 4000 ədəd NLAW tank əleyhinə raket, ABŞ-ın bir milyard dollarlıq və Avropa Birliyinin 0.5 milyard avroluq silahı ünvanına çatdıqdan sonra qüvvələr nisbəti kəskin şəkildə Rusiyanın əleyhinə dəyişəcək. Ukrayna prezidenti Vladimir Zelenski ölkənin ərazi bütövlüyünün bərpa olmasının zamanın çatdığını bəyan edib və bu məqsədi Ukrayna ordusunun yeni vəzifəsi olaraq müəyyən edib. Aydın görünür cəbhə xətində hərbi üstünlük əldə edən Ukrayna ordusu işğalçıları təmizləməyə başlayacaq.
Rusiyanın quru qoşunlarının böyük hissəsi artıq Ukrayna ərazisindədir. Moskvanın istifadə edə biləcəyi ehtiyat qüvvə çox məhduddur və bu qüvvənin də əməliyyatlara cəlb olunması vəziyyəti kəskin dəyişmək üçün yetərli deyil. Belə bir vəziyyətdə Putinin vəziyyəti öz xeyrinə dəyişmək üçün nüvə silahından başqa ümidi yoxdur. Bu məqsədlə taktiki atom bombasından istifadə ediləcəyi artıq fəal şəkildə müzakirə olunur. Putinin köməkçisi Dmitri Peskov bəyan edib ki, Rusiyanın mövcudluğu üçün təhlükə yaranacağı halda nüvə silahından istifadə edəcəklər. “Rusiyanın mövcudluğu” ifadəsi çox yayğındır və Ukraynanın istənilən uğurunu Moskva özünün mövcudluğu üçün təhlükə kimi qiymətləndirə bilər.
Putindən fərqli olaraq Rusiyanın siyasi və hərbi elitası ağlını tam itirməyibsə, nüvə avantürasının qarşısını alacaq. Əks halda bu avantüra Rusiyanın tam məhvinə və rusların dövlət qurmaq hüququnu itirməsinə səbəb olacaq. ABŞ ordusunun istefada olan dördulduzlu generalı (ordu generalı) Barri Makkefi bildirib ki, Putin nüvə silahına əl atsa ABŞ 15 dəqiqə ərzində Rusiyanı yer üzündən siləcək. Unutmayın ki, bu gün Ağ evin sahibi ABŞ-ın son yüz ildə ən cəsur prezidenti hesab olunan Co Baydendir.