Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:27 | 22 mart 2022 | Çərşənbə axşamı
Məqaləyə 630 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna Silahlı Qüvvələrin Baş qərargahı bəyan edib ki, Rusiya işğalçı qüvvələrinin ərzaq və sursat ehtiyatı tükənməkdədir. virtualaz.org xəbər verir ki, Baş qərargahın martın 22-də səhər saatlarında açıqladığı məlumata əsasən işğalçıların cəmi 3 günlük ərzaq və sursat ehtiyatı qalıb.
Məlumatda bildirilir ki, Rusiya qüvvələrinin yanacaqla təchizatını avtosisternlərlə həyata keçirməyə çalışırlar, borularla yanacağın ötürülməsinə cəhd göstərilsə də baş tutmayıb. Ötən sutka ərzində düşmənin 1 təyyarəsi, 2 döyüş vertolyotu da daxil olmaqla cəmi 9 hava hədəfi vurulub. Rusiya aviasiyasının ötən gün ərzində uçuşları intensivləşdirdiyi müşahidə olunub.
Sumı vilayətinin Axtırsk rayonunda Rusiya hərbçilərinin kütləvi şəkildə əmrə tabe olmaması faktı qeydə alınıb. 300-ə yaxın işğalçı döyüş əməliyyatları barədə əmri yerinə yetirməkdən imtina edib və 70-ə yaxın texnika ilə döyüş əməliyyatları rayonunu tərk edərək uzaqlaşıb. Luqansk vilayətinin işğal edilmiş ərazilərində isə yerli sakinlər arasında xaotik səfərbərlik aparılır, yaşları 65-ə qədər olanlar zorla cəbhəyə göndərilir. Onların bir çoxunun ümumiyyətlə heç bir hərbi ixtisası və bacarığı yoxdur.
Baş qərargah bildirir ki, Donetsk və Luqansk vilayətləri istiqamətində düşmən irəliləmək cəhdlərini davam etdirir, lakin uğur əldə edə bilmir. Ötən gün ərzində düşmənin 13 hücumunun qarşısı alınıb, 14 tank, 8 BMP, 2 MTLB, 3 artilleriya sistemi və 4 avtomobil texnikası məhv edilib. Düşmənin şəxsi heyət sarıdan itkisi isə 300 nəfərə yaxın olub.