Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:39 | 22 mart 2022 | Çərşənbə axşamı
Məqaləyə 660 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi təcavüzünün başlamasından bir aya yaxın vaxt keçsə də bu əməliyyatlara kimin rəhbərlik etdiyi hələ də ABŞ-a məlum deyil. virtualaz.org xəbər verir ki, ABŞ-da məsələ ilə bağlı məlumatlı mənbələr bu haqda CNN-ə bildiriblər.
Pentaqonun iki nümayəndəsinin sözlərinə görə, ali komandan olmadan Rusiyanın müxtəlif hərbi dairələrindən cəlb edilmiş bölmələr belə görünür ki, öz hərəkətlərini koordinasiya etmirlər və resurslar uğrunda yarışırlar. Ukrayna ərazisində müxtəlif əməliyyat istiqamətlərində döyüşlərə cəlb edilmiş bölmələr hələ də birləşə bilməyiblər və faktiki olaraq hər hansı əməliyyat planı olmadan hərəkət edirlər.
Mənbələr deyiblər ki, rusların rabitə ilə bağlı da ciddi problemləri var. Əsgərlər və komandirlər bəzən adi mobil telefonlardan istifadə edirlər və bir-birləri ilə qorunmayan rabitə kanalları ilə əlaqə saxlayırlar. Bu da ukraynalı döyüşçülərə onların danışıqlarını tutmağa, yerlərini müəyyən etməyə və əks-zərbələr vurmağa imkan verir.
Mənbələr qeyd ediblər ki, bütün bunlar yerlərdə xaotik əməliyyatlara gətirib çıxarıb. Bu da amerikalı və digər qərbli rəsmiləri təəсcübləndirib. “Hətta Rusiya Ukraynaya qarşı təcavüzə nəzarət etmək üçün nəzərə çarpmadan ali komandan təyin edibsə belə döyüş əməliyyatlarının gedişi həmin adamın bacarıqsız, qeyri-peşəkar olduğunu göstərir”, - mənbə bildirib.
ABŞ habelə Ukraynada Rusiya ordusunun çoxsaylı yüksək rütbəli zabitlərinin məhv edildiyini də qeyd edir, bu da onu göstərir ki, rusların qoşunlarında idarəetmə pozulub, komandanlıq sıradan çıxıb.
“Rusiyalıların “əməliyyatın” bütün gedişi ərzində komandanlıq və qoşunların idarə edilməsi ilə bağlı böyük çətinlikləri olub. Bu, qismən ukraynalı döyüşçülərin fəaliyyətləri ilə bağlıdır”, - CNN digər mənbəyə istinadən bildirir.
Məlumatda deyilir ki, yerlərdə bəzi hallarda Rusiya qoşunları səhra şəraitində öz komandirləri ilə əlaqəni itiriblər və nə edəcəklərini bilmirlər. (virtualaz.org)