Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:19 | 24 mart 2022 | Cümə axşamı
Məqaləyə 695 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi təcavüzün nüvə müharibəsinə qədər gedib çıxa biləcəyi haqda indi daha tez-tez narahatlıqlar səslənir. virtualaz.org xəbər verir ki, bir sıra analitiklər hərbi uğur qazana bilməyən Rusiyanın hansısa formada NATO-nu münaqişəyə cəlb edərək nüvə zərbəsi endirməyi nəzərdən keçirdiyini istisna etmir.
Ötən gün Putinin sözçüsü Dmitri Peskov Rusiyanın nüvə silahından istifadəsinin mümkünlüyünü istisna etməyib, amma bildirib ki, nüvə silahından nə zaman istifadə ediləcəyi Rusiyanın hərbi doktrinasında aydın göstərilib. Onun sözlərinə görə, əgər Rusiyanın “mövcudluğuna təhlükə” yaranarsa o zaman nüvə silahı tətbiq ediləcək.
“Rusiyanın mövcudluğuna təhlükə” isə kifayət qədər yayğın anlayışdır və Kreml belə təhlükəni uydura da bilərdi. Necə ki, Ukraynaya qarşı hərbi təcavüz üçün bir sıra səbəblər uydurub, bu ölkədə guya “rusların genini dəyişdirməyə yönəlmiş” bioloji silah hazırlandığını, Kiyevdə “nasistlərin dinc ukraynalıları girov saxladığı”, Ukraynanın öz ərazisində NATO-nun nüvə raketlərini yerləşdirə biləcəyini və ya özü nüvə silahı əldə edib Rusiyanı təhdid edə biləcəyini irəli sürüb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski isə nüvə silahından istifadənin mümkünlüyü haqda daha sinik bəyanat verib.
“Sky News” xəbər verir ki, rusiyalı diplomatdan nüvə silahından istifadə təhdidi barədə soruşublar. O cavab verib ki, əgər “NATO Rusiyanı təhrik edərsə” Moskva bu silahdan istifadə hüququnu özündə saxlayır.
“Əgər NATO Rusiyanı təhrik edərsə, əgər Rusiya NATO tərəfdən hücuma məruz qalarsa niyə də yox? Biz nüvə dövlətiyik”, - Polyanski bildirib.
“Rusiyanı təhdid etmək və münaqişəyə qarışmağa cəhd etmək olmaz. Əgər nüvə dövləti ilə işiniz varsa o zaman öz hərəkətlərinizin bütün mümkün nəticələrini ölçüb-biçməlisiniz”, - diplomat əlavə edib. (virtualaz.org)