Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:34 | 25 mart 2022 | Cümə
Məqaləyə 855 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın Ukraynada tətbiq etdiyi yüksək dəqiqlikli raketlərin 60 faizə yaxını hədəfə çatmır. virtualaz.org xəbər verir ki, bu haqda Birləşmiş Ştatlar rəsmiləri kəşfiyyat məlumatları əsasında “Reuters” agentliyinə danışıblar.
Üç amerikalı rəsmi bildirib ki, Birləşmiş Ştatlar kəşfiyyatının dəyərləndirmələrinə əsasən Rusiyanın yüksək dəqiqlikli raketlərinin hədəfdən yayınması səviyyəsi gündən-günə dəyişir. Bu, buraxılan raketlərin tipindən asılıdır və bəzən hədəfdən yayınma 50 faizdən çox olur. İki mənbə isə Rusiyanın “yüksək dəqiqlikli” raketlərinin 60 faizə yaxınının hədəfdən yayındığını deyib.
Mənbələrdən birinin sözlərinə görə, kəşfiyyat hesab edir ki, günlərdən asılı olaraq Rusiyanın “hava-yer” tipli qanadlı raketlərinin hədəfdən yayınması 20 faizdən 60 faizə qədər ola bilər. Raketlər üzrə iki ekspert isə agentliyə bildirib ki, istənilən raketin hədəfdən yayınması 20 faizi keçirsə bu artıq yüksək göstəricidir. Əgər söhbət yüksək dəqiqlikli raketlərdən gedirsə ümumiyyətlə həmin raketlərin yüksək dəqiqliyə malik olması haqda danışmağa dəyməz.
ABŞ rəsmiləri Rusiyanın “yüksək dəqiqlikli” raketlərinin hədəfdən yayınma səviyyəsinin niyə bu cür yüksək olduğunu açıqlamayıblar. Jurnalistlər qeyd edirlər ki, hədəfdən bu cür yüksək səviyyədə yayınma raketlərin uçmaqdan “imtina etməsi”, yəni uğursuz startdan tutmuş onların hədəfə çatıb partlamamasına qədər müxtəlif səbəblərlə bağlı ola bilər.
Bundan əvvəl Pentaqon bildirmişdi ki, Rusiya Ukraynaya bir aya yaxın müddət ərzində 1100-dən çox raket buraxıb.
Rusiya Ukraynaya qarşı “İsgəndər-M” operativ-taktiki raketlərindən, “X-55” və “X-555” tipli qanadlı raketlərdən, “Kalibr” qanadlı raketlərindən geniş istifadə edib. Bir neçə dəfə isə “Kinjal” hipersəs sürətli “hava-yer” raketi tətbiq edilib. (virtualaz.org)