Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:28 | 25 mart 2022 | Cümə
Məqaləyə 621 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynanın Mariupol şəhərinin rəsmiləri cümə günü Rusiyanın bombadan müdafiə sığınacağı kimi istifadə edilən teatra etdiyi hava zərbəsi nəticəsində 300 nəfərin öldüyünü bildirib.
Cümə günü Mariupol Şəhər Şurasının “Telegram” onlayn sosial media kanalında dərc edilən yazıda “Şahidlərin məlumatına görə, Rusiya təyyarəsinin Mariupol Dram Teatrında endirdiyi zərbələri nəticəsində 300-ə yaxın insan ölüb” deyilib.
Qurbanların sayının dəqiq olub-olmadığı məlum deyil. Davam edən hücumlar şəhərdə xilasetmə və bərpa işlərini çətinləşdirib.
Fövqəladə hallar işçilərinin ərazidə axtarış işlərini bitirib-bitirmədikləri və ya şahidlərin ölənlərin sayı ilə bağlı dediklərini müəyyən edilib-edilmədiyi aydın deyil.
Ölkənin cənub-şərqindəki liman şəhərinin rəsmiləri daha əvvəl 130-a yaxın sağ qalan insanın binanın dağıntıları altından çıxarıldığını bildirmişdi.
Ukrayna rəsmilərinin bildirdiyinə görə, binada 1300-dən çox insan sığınmışdı. Teatrın binası bombalanan zaman binanın qarşısında rus dilində “UŞAQLAR” yazılmış nəhəng bir yazı var idi ki, o da səmadan görünürdü.
Şəhər şurasının Telegram kanalında daha sonra deyilib ki, “Son ana qədər hamının qaçmağa bacardığına inanmaq istəyirik. Bu qeyri-insani qəddarlığın izahı ola bilməz və heç vaxt olmayacaq. Evimizə dağıntı, ağrı və iztirab gətirənlər heç vaxt bağışlanmayacaq”.
Rusiya teatra zərbə endirildiyini və mülki vətəndaşlara hücum edildiyini inkar edir.
Mariupol şəhərinin təxminən 400 min sakini daimi atəş və bombardmanlar altında işıq, istilik və sudan məhrum olaraq mühasirədə qalıb.