Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
00:12 | 26 mart 2022 | Şənbə
Məqaləyə 592 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Putin rejiminin gerçəklərdən nə qədər qopduğunu göstərən məqamlardan biri də Ukrayna qarşısında qoyduğu tələblərdir.
Məsələn, əsas tələblərdən biri budur ki, rus dili Ukraynada ikinci rəsmi dil elan olunsun.
Mümkün deyil, amma tutaq ki, Ukrayna hökuməti bunu qəbul etdi. Praktikada nə dəyişəcək? Ukrayna xalqı birdən-birə kütləvi şəkildə rus dilini sevməyə başlayacaq? Səbirsizliklə rusdilli məktəblər açılmasını gözləyəcəklər ki, övladlarını həmin məktəblərə yazdırsınlar? Yoxsa, tam əksinə, bu durum onları rus dilindən, rus mədəniyyətindən daha da uzaqlaşdıracaq? Cavab yəqin ki, hamıya aydındır.
Başqa bir absurd tələb isə demilitarizasiyadır. İndi müharibədəki dirənişdən sonra mövqelərini guya yumşaldıbar, deyirlər ki, biz Ukrayna ordusunun buraxılmasını tələb etmirik, amma say və silah məhdudiyyəti olsun. Doğrudanmı anlamırlar ki, onların işğalçı ordusu ilə şir kimi döyüşən, hər gün başından raket, bomba yağmasına rəğmən mübarizə əzmi, qəzəbi daha da artan siyasiləşmiş Ukrayna ordusu buna heç vaxt razı olmaz?
Ümumiyyətlə, bu tələblərin bir çoxunun (neytrallıq, dil) həyata keçirilməsi üçün Konstitusiyaya dəyişiklik etmək lazımdır. Rusiyaya nifrətin zirvəyə çatdığı bir ölkədə müharibədən sonra xalq referenduma gedib, Putinin tələblərinin qəbuluna səs verərmi? Ukrayna xalqını buna məcbur edəcək güc varmı? Bəlkə ciddi bir təbliğat kampaniyası ilə hökumət əhalini neytral statusa razı sala bilər, o da bir şərtlə ki, əvəzində böyük dövlətlər Ukraynaya ciddi, real təhlükəsizlik təminatı versinlər.
Yeri gəlmişkən, Ukraynanın xarici işlər naziri Kuleba prezident Ərdoğanın guya 4 məsələ üzrə Ukrayna və Rusiyanın razılığa gəldiyinə dair açıqlamasını təkzib edib.