Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:18 | 26 mart 2022 | Şənbə
Məqaləyə 611 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Putinə yaxın daha bir rusiyalı oliqarx-milyarder Qərbin sanksiyalarının təsiri altına düşdükdən sonra Londondakı dəbdəbəli yaşayışından məhrum olduğu üçün “ağır güzəranından” şikayətlənib. “Alfa-Bank”ın direktorlar şurasının rəhbəri olan milyarder Petr Aven bu haqda “The Financial Times” qəzetinə müsahibəsində danışıb.
Bildirilir ki, Avropa bankları Rusiya ilə transsərhəd əməliyyatlarını dondurmazdan bir neçə gün əvvəl Petr Avenin arvadı Londonda bir bankomatdan o birinə qaçırdı, mümkün qədər çox nəğd pul çıxarmağa çalışırdı. Daha sonra Avropa İttifaqı və Böyük Britaniya Petr Avenə qarşı sanksiyalar tətbiq etdi, onun bütün bank hesabları donduruldu, o cümlədən Londonun prestijli Sent-Ceyms rayonundakı nəhəng mənzilinə və şəhər ətrafındakı malikanəsinə həbs qoyuldu. Ardınca oliqarxın İtaliyadakı mülkü və yaxtası da həbs olundu.
İndi rusiyalı oliqarx deyir ki, hətta ən elementar xərclərini belə qarşılaya bilmir. “Bizim biznesimiz tamamilə dağıdılıb. 30 il ərzində qurduğumuz indi tam məhv olub. Və biz hansısa yolla yeni həyata başlamağa məcburuq”, - o deyir.
Aven şikayətlənir ki, indi sürücünün də pulunu verə bilmir. Özü isə maşın sürməyi bacarmır. “Bilmirəm, heç olmasa mənə sürücü və xidmətçi tutmağa icazə verəcəklərmi? Mən maşın sürə bilmirəm...Başa düşmürük, necə yaşayacağıq”, - o deyir.
Petr Aven təsdiq edir ki, Vladimir Putinlə yaxın əlaqələri var və onunla görüşləri olub. Amma deyir ki, təkcə buna görə cəzalandırılması ədalətli deyil, çünki onun Putinin siyasətinə heç bir təsiri olmayıb.
Böyük Britaniya hakimiyyəti isə bildirir ki, 5 milyard dollara yaxın sərvəti olan Petr Aven Kremlə yaxın oliqarxdır və Putinlə yaxın əlaqəsi var. Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başlayan gün Aven oliqarxlar və dövlət şirkətlərinin başçıları ilə birlikdə Putinlə görüşdə idi. O, daha sonra Londona uçub və orada “ilişib”.
İndi təxminən 20 gün sonra Aveni Böyük Britaniyadan deportasiya gözləyir. Onun Rusiya və Latviya vətəndaşlığı, habelə Amerika vizası var. Amma oliqarx arvadı və səkkiz yaşlı qızı ilə birlikdə Böyük Britaniyada qalmaq istəyir.
“Əgər getsəm bir də heç vaxt bura qayıda bilməyəcəm”, - Aven üzərinə həbs qoyulmuş malikanəsində jurnalistə deyir. Bildirir ki, sanksiyaların ləğv edilməsi üçün məhkəmə iddiası qaldırmaq istəyir, amma problem ondadır ki, vəkil tapa bilmir. Çünki britaniyalı hüquqşünaslar indi rusiyalılarla işləmək istəmir. “Mənə onu da deyiblər ki, sanksiyaları ləğv etdirmək praktiki olaraq mümkün deyil”, - rusiyalı oliqarx bildirir.
Xatırladaq ki, Petr Avenin biznes tərəfdaşı, milyarder Mixail Fridman da indi Londondadır və bundan əvvəl o jurnalistlərə “ağır güzəranı” haqda şikayətlənmişdi, xidmətçisinin maaşını da verə bilmədiyini demişdi. (virtualaz.org)