Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
22:43 | 27 mart 2022 | Bazar
Məqaləyə 683 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya Federasiyasının qüvvələri 24 fevralda Ukraynaya hərbi müdaxilə edəndən bəri təxminən 4500 yaşayış binasını, 100-ə yaxın müəssisəni, 400-ə qədər təhsil və 150 səhiyyə müəssisəsini dağıdıb. Bu barədə martın 26-da Ukraynanın icmaların və ərazilərin inkişafı naziri Aleksey Çernışev məlumat verib.
Ukrayna hökuməti martın 15-də bildirmişdi ki, Rusiyanın başlatdığı müharibənin vurduğu ziyan ən azı 565 milyard dollardır. Kiyev iqtisadiyyat məktəbi isə martın 25-də bir aydır davam edən müharibədə Ukrayna infrastrukturuna dəyən ziyanın 63 milyard dollar olaraq qiymətləndirib. Onların məlumatına görə də, Rusiyanın təcavüzü nəticəsində 4431 yaşayış binası, 378 təhsil müəssisəsi, 138 tibb müəssisəsi, 12 hava limanı məhv edilib.
Ancaq Çernışevin sözlərinə görə, infrastruktura dəyən zərərin yekun qiymətləndirməsini döyüş əməliyyatları dayandırıldıqdan və ərazilər təmizləndikdən sonra aparmaq olar. O əlavə edib ki, ilkin hesablamalara görə, itkilər “on milyardlarla” dollar təşkil edə bilər.
Nazir ayrıca qeyd edib ki, hökumət Ukraynanı bərpa etmək planı üzərində işləyir. “Biz artıq dağılmış infrastrukturun bərpası üçün lazım olan tikinti məhsullarının idxalı ilə bağlı prosedurları sadələşdirmişik. Əslində, biz bu istiqamətdə növbəti tənzimləməni həyata keçiririk, lakin bərpa baxımından fiziki işə başlamaq üçün ilk növbədə ərazilərin minalardan təmizlənməsi, dağıdılmış obyektlərin təmizlənməsi lazımdır”, - Çernışev deyib.
Rusiya Ukraynada müharibəyə martın 24-də başlayıb. O vaxtdan bəri Rusiya hərbçiləri Mariupolu mühasirədə saxlayırlar. yerli əhalinin dediyinə görə, şəhərə böyük dağıntılar var. Bundan əlavə Çerniqov da mühasirə altındadır, döyüşlərin getdiyi Kiyev vilayətinin şəhərləri (Qostomeldə, Buçada, İrpendə və s.) böyük dağıntılar altındadır. Donetsk vilayətinin Volnovaxa şəhəri, yerli hakimiyyət orqanlarının sözlərinə görə, “praktiki olaraq yer üzündən silinib”. Xarkov və digər şəhərlər də hər gün atəşə tutulur.