Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:28 | 29 mart 2022 | Çərşənbə axşamı
Məqaləyə 663 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Bu gün – martın 29-da Rusiya və Ukraynanın nümayəndə heyətləri son iki həftədə ilk dəfə İstanbulda üzbəüz danışıqlar aparacaqlar. Prezident Vladimir Zelenski deyib ki, Ukrayna neytrallığını bəyan etməyə və ölkənin şərq hissələrində sülhün təminatı üçün kompromisi nəzərdən keçirməyə hazırdır.
İndiyədək tərəflər arasında həm üzbəüz, həm də videoəlaqə vasitəsilə danışıqlarda irəliləyiş əldə olunmayıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın danışıqlarda prioriteti “suverenlik və ərazi bütövlüyüdür”.
***
Ukrayna “real, yubanmadan sülh istəyir”, – o, martın 27-də videmüraciətində deyib. Zelenski təhlükəsizlik qarantiyalarına Ukraynanın nüvə silahlarından imtinasının da daxil olduğunu söyləyib.
Onun jurnalistlərə dediyinə görə, neytrallıq məsələsi, NATO-ya üzv olmamağa razılaşmaq Rusiya əsgərləri çıxandan sonra Ukraynada referenduma çıxarılmalıdır. O, referendumun əsgərlər çıxandan bir neçə ay sonra keçirilə biləcəyini söyləyib.
Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba danışıqlardan ən böyük gözləntinin atəşkəs olduğunu deyib.
“Biz əhali, torpaq, yaxud suverenliklə alver etmirik”, – Kuleba vurğulayıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 28-də hökumətin iclasında qeyd edib ki, Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə ayrıca telefon danışıqları “müsbət istiqamətdə” irəliləyib. O, detalları açıqlamayıb.
Ərdoğan martın 29-da danışıqlardan öncə Ukrayna və Rusiyanın nümayəndə heyətləri ilə “qısa” görüşü olacağını söyləyib.
Rusiyanın Ukraynaya qarşı səbəbsiz hücumu artıq ikinci aya keçib. Ukrayna ordusunun Baş Qərargahının martın 29-da yaydığı məlumata görə, Rusiya qüvvələri ölkə boyunca yaşayış məskənlərinə raket zərbələri endirir, yanacaq ehtiyatlarını hədəfə alır, məqsədi “logistikanı çətinləşdirmək”, “humanitar böhran şəraiti yaratmaqdır”.
Son günlər Kiyev, Lvov, Rivne, Jitomir və Lutskda yanacaq depolarının vurulduğu deyilir.
Martın 28-də Xarkov regionundakı Lyubotin şəhərinə raket zərbəsi endirildiyi, bir neçə evin dağıldığı, yaralıların olduğu bildirilir.
***
Baş Qərargah Rusiya əsgərlərinin Kiyev ətrafına cəmləşməyə cəhd göstərdiyini qeyd edir.
Jurnalistlərə anonimlik şərtilə açıqlama verən ABŞ müdafiə rəsmisinin dediyinə görə, Rusiya qüvvələri Kiyev yaxınlığında müdafiə mövqeyindədirlər, ölkənin digər yerlərində də az irəliləyiş ediblər.
ABŞ Prezident Co Bayden isə Vaşinqtonda deyib ki, Putin “hakimiyyətdə qala bilməz” sözlərinə görə “üzr istəmir”. Bayden bu sözləri martın 26-da Varşavada çıxışının sonunda deyib. Bu sözlər rejim dəyişikliyinə çağırış kimi yozulub.
Baydenin sözlərinə görə, dedikləri yeni siyasətin deyil, “mənəvi qəzəbi”n ifadəsi idi. O, “dünyanı “Aman tanrım, bu adam nə edir?” deməyə məcbur edən” davranışa reaksiya verdiyini sözlərinə əlavə edib.