Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:06 | 29 mart 2022 | Çərşənbə axşamı
Məqaləyə 871 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlar üçün Türkiyənin İstanbul şəhərinə gəliblər, onlar Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə danışıqlar aparırlar.
Bu, Türkiyənin ikinci belə praktiki səyidir, bundan əvvəl də, Rusiya və Ukrayna XİN başçıları Antalyada bir araya gəlmişdilər, hərçənd ki, tərəflərin tezisləri bir-birilə daban-dabana ziddiyyət təşkil edirdi.
İstanbul görüşündə diqqət edəcəyimiz məqam ilklə bağlıdır: Söhbət ilk dəfə bir prezidentin vasitəsilə tərəflərin masaya əyləşməsidir.
Ərdoğan danışıq başlamazdan qabaq çıxış edərək nümayəndə heyətlərinə səsləndi, atəşkəsin vacib olduğunu vurğuladı. Bu, nümayəndə heyətləri ilə yanaşı Rusiya və Ukrayna liderlərinə də ünvanlanan bir çağırışdır.
Danışıqlardan dərhal sonra nəticənin hasil olmasını gözləmək əbəsdir, çünki tərəflər üçün növbəti prosedur İstanbul görüşündəki tezisləri öz prezidentlərinə təqdim etməsindən ibarət olacaq.
Rusiya Ukraynada işğal etdiyi ərazilərlə öz xeyrinə riyaziyyatdakı iti bucaq formasında bir üstünlük qazandırıb, amma Ukrayna ordusu da ciddi müqavimət göstərərək Rusiyanı ağır itkilərə məruz qoyur.
Hazırkı danışıqlar təcavüzün yaratdığı bu xəritə əsasında reallaşır, ona görə də, Ukraynanın Rusiyadan təhlükəsizlik zəmanəti alması dalana dirənir. Həm də ona görə ki, Rusiyanın təhlükəsizliyə dair anlayışı fərqlidir və hər an təhlükəyə çevrilmək potensialına malikdir.
Rusiya, hiss olunur ki, Ukraynanın dənizə çıxışını qapamaq istəyir, amma Odessada heç bir irəliləyiş əldə edə bilmir, yalnız Azovdan Ukraynanın əlini çəkə bilib.
Dəniz amili vacibdir, ona görə də Ukrayna dənizlərlə (Qara dəniz və Azov dənizi) əlaqədar da bağlı qapılar arxasında şərtlərini qoya bilər, Moskva isə o şərtləri asanlıqla həzmə verən addımlara getməz.
İstanbul danışıqlardan sonra tezislər prezidentlərə - Vladimir Putin və Vladimir Zelenski – gedənə qədər və növbəti qərarlar verilənədək Ukraynada döyüşlər davam edəcək. Çünki tərəflər maksimum üstünlüklərlə danışıqların yeni raunduna hazırlaşır.
Hələlik isə görünür ki, Rusiya əvvəlki maksimalist tələblərini bir qədər yumşaldıb, Ukraynanın xeyrinə redaktələr etmək məcburiyyətində qalıb, bununla belə döyüş meydanındakı əməliyyatların nəticələri də həlledici rol oynayacaq.
Buna görə də, Rusiyanın Kiyevə yeni hücum planı masadadır, lakin dəqiqləşdirmə aparılır, risklər dəyərləndirilir.