Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
15:05 | 29 mart 2022 | Çərşənbə axşamı
Məqaləyə 900 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu gün – (martın 29-da) bəyan edib ki, Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatının” birinci mərhələsinin əsas vəzifələri “ümumilikdə” yerinə yetirilib. Rusiya hakimiyyəti Ukraynaya qarşı fevralın 24-də başlatdığı silahlı müdaxiləni belə adlandırır.
Şoyqunun sözlərinə görə, indi rusiyalı hərbçilər diqqəti “Donbasın azad edilməsinə” cəmləyə bilərlər. Nazir bunu əməliyyatın əsas məqsədi kimi vurğulayıb, bütün hədəflər əldə olunanadək hücumun davam etdiriləcəyini deyib.
***
Nazir deyir ki, Rusiya 33 günlük döyüşlər ərzində hava məkanında üstünlük əldə edib, Ukrayna təyyarələrinin və havadan müdafiə sistemlərinin çoxunu sıradan çıxarıb.
Orduya yaz çağırışına toxunan Şoyqu çağırışçıların “qaynar nöqtələr”ə göndərilməyəciyini söyləyib. Onun sözlərinə görə, ötənilkindən az gənc orduya çağrılacaq.
O, Ukrayna müharibəsində Rusiyanın itkiləri barədə danışmayıb.
Ötəm həftə Şoyqunun uzun müddət televiziyada, xəbərlərdə görünməməsi haqda məlumatlar yayılmışdı. Onun hətta vəzifədən kənarlaşdırılması ehtimalları vardı. Amma nazir yenidən efirdə göründü.
***
Rusiya Ukraynaya hücumunu bu ölkənin demilitarizasiyası və denasifikasiyası ilə əsaslandırıb. Digər tələblər 2014-cü ildə ilhaq edilmiş Krım üzərində Rusiyanın suverenliyinin, eləcə də şərqdəki Donetsk və Luqansk qondarma “respublikalar”ının tanınması idi.
Hazırda Rusiya və Ukrayna mümkün sülh şərtlərini müzakirə edir. Bəzi Qərb media orqanları guya Rusiyanın tələblərinin yumşaldığını, məsələn, daha “denasifikasiya” söhbəti getmədiyini yazır.
Ukrayna ərazi bütövlüyünün güzəştə getməyəcəyini bəyan edib. Hazırda əsas müzakirənin Ukraynanın neytral statusu barədə getdiyi bildirilir.
Rusiya “xüsusi əməliyyat”da 1300-dək hərbçisinin həlak olduğunu bildirir, Ukrayna isə daha böyük rəqəmlər göstərir. Bunların heç birini müstəqil təsdiqlətmək mümkün deyil.