Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
16:46 | 29 mart 2022 | Çərşənbə axşamı
Məqaləyə 1033 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynanın tezliklə əldə edəcəyi ABŞ-da istehsal olunan “Switchblade”ləri gizlətmək daha asandır və onlar tez bir zamanda istifadəyə hazır ola bilərlər. Onlar, həmçinin ukraynalıların düşmənlərini hədəfə ala biləcəkləri məsafəni artırır, bu onlara sahədəki komanda və idarəetmə maşınlarını sıradan çıxarmağa və generallar kimi yüksək səviyyəli hədəfləri aradan götürməyə imkan verir.
Müharibə yaxınlaşdıqca, ABŞ Ukraynanı Rusiya təyyarələrini, tanklarını vurmaq və şəhər döyüşlərinə hazırlaşmaq üçün silahlandırdı.
Bu kiçik, mobil dəstələr artıq ABŞ-ın “Javelin” və Britaniyanın “NLAW” kimi portativ tank əleyhinə raketləri ilə rus tanklarını və yük maşınlarını vurmaqda bacarıqlı olduqlarını sübut ediblər. “Switchblade” isə bu hücumları daha ölümcül edəcək. Çünki bu silah kamikadze dron növlərindən olan raket sayılır. Son versiyası olan “Switchblade 600” uzunluğu 60 sm, çəkisi 23 kq-dır. Çantada belə daşına bilinir. Döyüşə hazırlanması 10 dəqiqə çəkir. Hədəfi 20 dəqiqəyə 40 km uçur, və əlavə olaraq 20 dəqiqə də hava qalır. Bu isə hədəfi görmə məsafəsini 80 km-ə çatdırır. Hücuma keçərkən sürəti saat-da 185 km/saata çatır. Zirehli texnikalara, yerüstü və su hədəflərinə qarşı effektlidir.
İndiyə qədər yalnız bir neçə Rusiya istehsalı “gəzən sursat” aşkar edilib, habelə ABŞ 100 “Switchblade” sistemi göndərməyə razılıq verib. Müqayisə üçün qeyd edək ki, NATO 1700-dən çox portativ tank əleyhinə raket buraxılış qurğusu göndərib.
“Gəzən sursat”ların artan istifadəsi onların həqiqətən istifadə olunduğu xüsusi hallardan kənara çıxan təsiri göstərə bilər. Ölümcül yüksək texnologiyalı silahlarla silahlanmış, ukraynalıların qarşısında duran və ciddi itkilər verən bəzi rus qoşun birliklərinin döyüş əzmini itirdiyinə dair sübutlar var. “Gəzən sursat”lar bunu daha da pisləşdirə bilər. Xüsusilə “Switchblade” gizli yerlərdə hədəfləri vurmaq üçün xüsusi olaraq hazırlanıb. “Gəzən sursat”lar hədəfi müəyyən etmək, tapmaq və öldürmək üçün lazım olan vaxtı azaldır və düşmənin onları aşkar etməsi çətin olur.