Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:16 | 30 mart 2022 | Çərşənbə
Məqaləyə 674 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya və İtaliyanın liderləri Moskvanın Ukraynanın iki şəhəri ətrafında döyüşləri azaldacağına işarə etməsindən sonra Rusiyaya qarşı ehtiyatlı olmamağa qarşı xəbərdarlıq edib.
Onlar razılaşıb ki, “Ukraynanın başına gətirilən dəhşət bitməyənədək Qərbin qətiyyətində heç bir yumşalma ola bilməz”, Britaniya Baş naziri Boris Consonun ofisinin martın 29-da yaydığı açıqlamada bildirilir.
Rusiyanın Kiyev və Çerniqov ətrafında hərbi aktivliyi azaldacağına dair açıqlaması martın 29-da Türkiyədə Ukrayna ilə danışıqlardan sonraya təsadüf edib.
Conson və ABŞ Prezidenti Co Bayden Rusiyanın bəyanatı ilə bağlı skeptisizmlərini ifadə ediblər.
“Baş nazir vurğulayıb ki, biz Putinin rejimini sözlərinə görə deyil, əməllərinə görə mühakimə etməliyik,” Consonun ofisi bildirib. “Putin Ukrayna və müttəfiqlərini təslim olmağa məcbur etmək cəhdi olaraq Ukraynanın açıq yarasına bıçaq salır”.
Bayden deyib ki, o, “onların əməllərini görməyənədək” Rusiyanın dediklərinə heç bir etimad göstərməyəcək.
Həm Bayden həm də Conson vurğulayıb ki, Qərbin cavabı vahid və güclü olaraq qalmalıdır.
Fransa Prezidenti Emmanuel Makron Bayden və başqa Qərb liderləri ilə telefon danışığından sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıb.
Kremlin bəyanatına görə, Putin Makrona deyib ki, Mariupol şəhərindəki “millətçilər” silahlarını yerə qoymalıdırlar.
“Vurğulanıb ki, bu şəhərdəki (Mariupol) çətin humanitar vəziyyəti həll etmək üçün ukraynalı millətçi militantlar müqavimət göstərməyə son qoymalı və silahlarını yerə qoymalıdırlar”, bəyanatda deyilib.
Makronun ofisi bildirib ki, “indiki mərhələdə” mühasirəyə alınan Ukraynanın liman şəhərindəki vətəndaşlara yardım etmək məqsədilə humanitar əməliyyatın aparılması üçün şərait yaradılmayıb.
Makron Putinə Fransa, Türkiyə və Yunanıstanın nəzarət edəcəyi missiyanın təfərrüatlarını açıqlayıb, ancaq Rusiya lideri cavab vermədən öncə düşünəcəyini deyib. Bu barədə Yelisey Sarayının rəsmisi məlumat verib.