Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:52 | 30 mart 2022 | Çərşənbə
Məqaləyə 648 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Kiyev və Çerniqov vilayətləri istiqamətində “hərbi fəallığın kardinal şəkildə ixtisar ediləcəyi” barədə dünən verdiyi bəyanatın ardınca işğalçı qoşunların bəzi hissələrinin Belarus sərhədləri istiqamətində geri çəkildiyi qeydə alınıb.
Lakin ABŞ və Böyük Britaniyanın müdafiə nazirlikləri xəbərdarlıq edirlər ki, Rusiya aldadıcı manevr edir – qoşunlarını hücumun uğursuz olduğu istiqamətlərdən geri çəkərək yenidən qruplaşdırmağa və Donbas istiqamətinə yönəltməyə hazırlaşır.
Pentaqonun mətbuat katibi Con Kirbi keçirdiyi brifinqdə Rusiyanın bu manevrinə aldanmamağa çağırıb. O, xəbərdarlıq edib ki, Rusiya “o qədər də çox olmayan miqdarda” qoşunları Kiyev ətrafından geri çəksə də yeni hücuma hazırlaşa bilər. “Biz bunu qoşunların real olaraq geri çəkilməsi yox, yenidən dislokasiya hesab edirik. Və biz hamımız Ukraynanın digər rayonlarında irimiqyaslı hücumlara hazır olmalıyıq”, - Con Kirbi bildirib.
Pentaqon nümayəndəsi qeyd edib ki, Kiyev ətrafından geri çəkilən Rusiya qoşunları o qədər də çox deyil. O, Rusiyanın Ukrayna paytaxtına aviazərbələr endirdiyini də xatırladıb.
“Heç kim özünü Kremlin bu bəyanatı ilə aldatmalı deyil ki, onlar qəfildən Kiyev ətrafında hücumlarını sadəcə olaraq elə-belə ixtisar etməyi, yaxud öz qüvvələrini geri çəkməyi qərara aldılar. Rusiyanın Kiyev ətrafında hərbi fəallığı azaldacağı barədə bəyanatı ona dəlalət edir ki, onlar bu regionda hərbi təşəbbüsü əldən veriblər və digər regionlara qüvvələri yönəltməyə hazırlaşırlar”, - Con Kirbi deyib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi də analoji dəyərləndirmə ilə çıxış edərək bildirib ki, Rusiya işğalçıları indi əsas səyləri Donbasın işğalına yönəltməyə hazırlaşırlar. Nazirliyin açıqladığı son məlumata görə, ruslar öz qüvvələrini yenidən komplektləşdirmək və Ukraynanın şərq regionlarına yönəltmək üçün qismən geri çəkirlər.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatında isə deyir ki, işğalçılar Kiyev və Çerniqov vilayətlərindən öz bölmələrini geri çəkməkdə davam edirlər. Və yenidən qruplaşma apararaq Donetsk və Slobajansk istiqamətlərinə səyləri cəmləşdirməyi planlaşdırırlar.
Hərbi analitiklərə görə belə vəziyyətdə Ukrayna ordusu Kiyev və Çerniqov vilayətləri istiqamətində əks-hücumları artırmalı, işğalçıların qalıqlarını Belarus sərhədlərinə doğru sıxışdırmalı və nəticədə Donbasda gözlənilən yeni irimiqyaslı hücumların qarşısını almaq üçün əlavə qüvvələr səfərbər etmək imkanları qazanmalıdır. (virtualaz.org)