Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:09 | 30 mart 2022 | Çərşənbə
Məqaləyə 653 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya çərşənbə günü bildirib ki, Ukrayna ilə sülh danışıqlarında hələ də irəliləyiş əlaməti yoxdur. Kremlin sözçüsü Dmitri Peskov mətbuat brifinqində çərşənbə axşamı Ukraynanın 36 günlük müharibəyə son qoyulması üçün Türkiyənin İstanbul şəhərində keçirilən danışıqların başlanğıcında tələblərinin siyahısını təqdim etdiyini bildirib.
Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisinin bildirdiyinə görə, çərşənbə axşamı keçirilən yığıncaqda tərəflər Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatları ilə yanaşı, mümkün atəşkəs şərtlərini müzakirə edib.
Ukraynalı müzakirəçilər, həmçinin Kiyevin NATO və ya digər hərbi ittifaqlara qoşulmamaq kimi təhlükəsizlik zəmanətləri müqabilində neytral status qəbul etməyi təklif edib.
Peskov jurnalistlərə Moskvanın Kiyevin yazılı tələb bəyanatı təqdim etməsi faktını alqışladığını, lakin orada Rusiyanın yekun razılaşmaya gətirib çıxaracaq heç bir şey görmədiyini deyib.
Bu arada Ukraynanın yerli rəsmiləri bildiriblər ki, Rusiya ordusunun xoşməramlılıq əlaməti olaraq bu məntəqələrdə əməliyyatları azaldacaqları barədə vədinə baxmayaraq, paytaxt Kiyev və şimaldakı Çerniqov şəhəri ətrafındakı artilleriya hücumlarını davam etdirir.
Ukrayna Baş nazirinin müavini İrina Vereşuk çərşənbə günü tərəflərin üç təxliyə dəhlizinin açılması barədə razılığa gəldiyini açıqlayıb. Vereşukun bildirdiyinə görə, bu dəhlizlər mühasirədə olan Mariupol şəhərinin boşaldılması və Mariupoldan təqribən 84 kilometr cənubda yerləşən Berdyansk şəhərinə humanitar yardımın çatdırılması, digər dəhliz isə Melitopol şəhərinə humanitar yardımın çatdırılması və oradan evakuasiya üçün istifadə olunacaq. Üçüncü dəhliz isə Enerhodardan Zaporojyeyə gedən bir qrup insan üçündür.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin rəhbəri Filippo Qrandi çərşənbə günü “mənasız” adlandırdığı müharibə səbəbindən öz doğma torpaqlarını tərk edən ukraynalıların sayının hazırda 4 milyonu keçdiyini bildirib.
BMT-nin dediyinə görə, fevralın 24-dən, Rusiya işğalının başlanmasından bəri Ukraynanı tərk edənlərin yarısından çoxu Polşaya üz tutub.