Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:47 | 30 mart 2022 | Çərşənbə
Məqaləyə 967 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynanın Baş nazir müavini İrina Vereşuk Ukrayna silahlı qüvvələrinin ərazidə döyüş sursatının partlaması təhlükəsi barədə xəbərdarlığından sonra Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirən Rusiya qüvvələrinin fəaliyyət göstərməyən ərazidən çəkilməli olduğunu deyib.
“Biz BMT Təhlükəsizlik Şurasının Çernobıl istisna zonası demilitarizasiyası üçün dərhal tədbirlər görməsini və nüvə fəlakətinin təkrarlanma riskini aradan qaldırılması üçün oraya BMT-nin xüsusi missiyasını yerləşdirilməsini tələb edirik”, - deyə Vereşuk martın 30-da “Telegram” sosial media platformasına yerləşdirdiyi videoda bildirib.
Vereşuk deyib ki, Ukrayna martın 29-da keçirilən danışıqlar zamanı Rusiyadan Ukraynanın ən çox zərər çəkmiş şəhər və kəndlərində 97 humanitar dəhliz yaradılmasına icazə verməsini istəyib.
Moskvanın Ukraynaya işğalına başladığı gün, fevralın 24-də Rusiya qüvvələri stansiyanı nəzarətə götürdükdən sonra da Ukrayna heyəti Çernobıl stansiyasında işini davam etdirib.
Martın 29-da, Rusiyanın ölkəyə hərbi müdaxiləsinin davam etdiyi vaxt Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi ölkənin nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyəli hökumət rəsmiləri ilə danışıqlar aparmaq üçün Ukraynaya səfər edib.
“Hərbi münaqişə Ukraynanın atom elektrik stansiyalarını və radioaktiv materiala malik digər obyektlərini görünməmiş təhlükə qarşısında qoyur”, MAQATE rəhbəri Rafael Qrossi açıqladığı bəyanatda bildirib.
Qrossi “Biz daha çox vaxt itirməyi gözə ala bilmərik. Bu münaqişə artıq insanların ağlasığmaz iztirablarına və dağıntılara səbəb olub. MAQATE-nin təcrübəsinə və imkanlarından istifadə edərək, nüvə qəzasının qarşısını almaq lazımdır” deyib.
Açıqlamada Qrossinin Ukraynada nə qədər qalacağı barədə məlumat verilməyib.
Ukraynanın dörd atom elektrik stansiyasından bir neçəsi və bəzi digər nüvə obyektləri hərbi müdaxilənin təsirlərinə məruz qalıb. Bəzi obyektlər hazırda Rusiyanın nəzarəti altındadır və bu, qəza qorxusunu artırır.
Ukraynada eləcə də 1986-cı ildə dünyanın ən ağır nüvə qəzalarından birinin baş verdiyi və istismardan çıxarılan Çernobıl Atom Elektrik Stansiyası yerləşir ki, orada radioaktiv tullantıların saxlandığı obyektlər var.