
Strateji münasibətlərə töhfə
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
... Yaxud von der Leyen nə Musa peyğəmbərdir, nə də sehrli əsası var
Terror baş tutsaydı, Azərbaycan-İsrail və Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyəcəkdi
ABŞ ortağın qovulub yerinə sanksiyaya məruz qalan Çin şirkətinin gətirilməsi son damla oldu
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
GMİ şeyxi nələri etiraf etdi?
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
... Yaxud Gürcüstanın narahatlığı yersizdir
Gürcüstanda separatçı “Cənubi Osetiya respublikası”nın qondarma “prezidenti” Anatoli Bibilov Rusiyaya birləşmək üçün yaxın vaxtlarda “hüquqi prosesə” başlayacaqlarını elan edib. Bibilovun bu açıqlamasının öz qərarından çox, Kremlin sifarişi olduğu məlumdur.
Ukrayna üzərindən yaşanan geosiyasi qarşıdurmanın Gürcüstan üzərindən Cənubi Qafqaza da köçürülməsi gözləniləndir: rusların Ukraynaya hücumundan sonra rəsmi Tbilisi maksimum ehtiyatlı mövqe sərgiləsə də, Avropa İttifaqına üzv olmaq istiqamətində fəaliyyətini intensivləşdirir; mümkündür ki, Rusiya Ukraynadan sonra Gürcüstan üzərində təzyiqi artıracaq; Abxaziya da Cənubi Osetiyanın yolu ilə gedəcəyi istisna deyil;
Kreml Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirilməsi məsələsindən ilk dövrdə Tbilisinin siyasi xəttinə təsir etmək məqsədilə istifadə edə bilər, yekun qərar hadisələrin inkişafına uyğun olacaq.
Rusiyanın Gürcüstana qarşı Cavaxetiya ermənilərini də aktivləşdirməsi real versiyalardandır. Bibilovun birləşmə istəyini açıqladığı gün Kremlin təbliğatçıları Margarita Simonyanla əri Tiqran Keosayanın Abxaziyaya gəlişi, qondarma “prezident” Aslan Bjaniya ilə görüşü də, xüsusilə Rusiyada Simonyanın da daxil olduğu erməni lobbisinin Cavaxetiyada erməni separatizmini inkişafındakı rolu fonunda diqqət çəkir.
Cavaxetiyada erməni separatizminin alovlandırılması Gürcüstana qarşı “daxildən zərbə” vurmaqla yanaşı, Azərbaycanın neft-qaz kəmərlərinin bu bölgənin yanından keçəsinə hissəsinə də risklər yarada bilər: Moskvanın “enerji müharibəsi”ndə mövqelərini qorumaq üçün Qərbin alternativ kimi gördüyü layihələrə qarşı Cavaxetiyadakı ermənilərin sabotaj addımlarından istifadə etməsi mümkün ssenaridir;
Ukraynada separatçı bölgələrin Rusiyaya birləşmək istəyinin ardından Cənubi Osetiyanın da bu yola düşməsi ermənilərin iştahasını daha da artırıb və bunu Rusiyanın post-sovet məkanındakı tanınmamış “respublikalar”la bağlı qərar verdiyi, Qarabağla bağlı da “tanınma” ssenarinin mümkünlüyü kimi dəyərləndirirlər.
Qarabağda Donbas ssenarisi post-sovet məkanındakı digər separat bölgələrlə müqayisədə daha çətindir:
1. Türkiyənin təhlükəsizlik qarantiyası var və Ankara ilə üz-üzə gəlmək Moskvanın ən son istəyəcəyi haldır;
2. Azərbaycan Rusiya ilə imzaladığı bəyannamə bu ssenarini sıradan çıxarır: Əliyevin Moskva ilə belə bir razılaşma əldə etməsinin əsas səbəblərindən biri də Qarabağda Donbas ssenarisinin qarşısını almaq idi;
Hərçənd, təhlükə hələ də aktual olaraq qalır. Donbas ssenarisinin təkrarlanması riski yaradan “rus icması” planının, o cümlədən, son proseslərlə Xankəndidəki separatçıların bu istiqamətdə aktivləşməsinin qarşısı ilk etapda alınsa da, məsələnin həlli deyil. Türkiyə faktoru və Moskva ilə məlum anlaşmaya rəğmən, problemin qısa müddətdə həlli separatizmin ləğvindən keçir və mövcud geosiyasi qarşıdurma fonunda ən unikal zamanın yetişdiyi aydın görünür.