Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:16 | 1 aprel 2022 | Cümə
Məqaləyə 865 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya və Ukrayna üçün danışıqlar aparmağa ən etibarlı məkanlardan biri İstanbuldur, İstanbul hazırda dünyanın həlledici siyasi mərkəzi kimi coğrafi əhəmiyyətini artırır.
İstanbulda aparılan Rusiya-Ukrayna danışıqları müharibənin bitməsinə dair ümidləri cücərtsə də, hərb cəbhəsindəki bəzi qaydalar fərqli fikirlər yürütməyə səbəb verir.
Rusiya İstanbuldakı müzakirələrin getdiyi zamanda öz qoşunlarının bir hissəsini Kiyev şəhərinin şərq və qərb hissəsindən, Çerniqovun, Sumının, Xarkovun bəzi ərazilərindən çıxarıb. İstanbuldakı müzakirələrdən sonra Rusiyanın Ukraynadakı hərbi sxeminin izahını verməyə çalışaq.
Rusiya qüvvələri məhdud və lokallaşdırılmış quru hücumları həyata keçirərək müdafiəyə keçməyə davam edir.
Ukrayna isə Rusiyanın bu geri çəkilişindən ehtiyat edərək onun əməliyyatlarını pozmaq və Kiyevə təzyiqi aradan qaldırmaq üçün paytaxt ətrafında məhdud və uğurlu əks-hücumlar həyata keçirir.
Mariupoldakı döyüşlər isə Ukraynanın şiddətli müqaviməti və Rusiyanın məhdud mübarizəsi kimi davam edir.
Qısası, Rusiya İstanbulda müzakirələr başlayandan bu yana Ukraynada demək olar ki, hücum əməliyyatı təşkil etməyib və Ukrayna ordusunun bir neçə istiqamətdən əks-hücumu ilə üzləşib.
Lakin Rusiya öz sərhədi ətrafında işğal bucağı yaratmağa nail olub, hadisələrin hansı məcraya yönələcəyi isə hələ qeyri-müəyyən olaraq qalır.
Bununla belə, Qərb tərəfdən verilən açıqlamalarda Rusiyanın növbəti hücuma hazırlaşdığına dair həyəcan təbili çalınır, bu informasiyalar üzərində isə proqnozlar səsləndirmək mümkündür.
NATO-nun, eləcədə də alyansın nəhəngləri ABŞ və Britaniyanın həyəcanlı kəşfiyyat məlumatlarını analiz etsək, belə mülahizə yürüdə bilərik:
1. Böyük ehtimal ki, Rusiya atəşkəsə nail olmağa çalışır, bu isə onun qüvvələri yenidən birləşdirmək üçün vaxt qazanmasına hesablanıb,
2. Ancaq Rusiyanın ümumi tablodakı hərbi məqsədlərini incəliyi ilə müəyyən etməyə dair aydın əlamətlər gözə dəymir.
Hazırda Rusiyanın ümid edə biləcəyi optimal düstur Ukraynada əldə etdiyi işğal qazancını möhkəmləndirmək və “donmuş” vəziyyət yaratmaq üçün atəşkəsə nail olmaqdır.
Rusiyanın hazırkı hədəflərindən biri Ukraynanın cənubudur, əgər atəşkəs olarsa, Moskva Ukrayna ordusunun cənubdakı əks-hücum əməliyyatını dayandıra biləcək və orada olan qüvvələrini yeni hücum üçün hazırlayacaq.
Yəqin ki, indi danışıqlarda Rusiya üçün əsas hədəf atəşkəsdir və Qərb də onun planındakı hiyləgərliyi anlayır. Buna görə də, Qərb danışıqlarda Ukrayna tərəfinə çıxış əldə edərək rəsmi Kiyevi bu plana getməməyə çağıra bilər.
Atəşkəsə nail olmaq üçün isə Rusiya görüntü yaratmalıdır və zahiri olaraq bu fonu təqdim etməyə çalışır.
Rusiya qoşunlarının rotasiyasını geri çəkilmək kimi qələmə vermək istəyir.
Rusiyanın təcavüz planlarını hələ də masada olduğunu göstərən nişanələrdən biri də, “Vaqner” muzdlularının yenidən Ukraynaya salınmasıdır.