Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:33 | 1 aprel 2022 | Cümə
Məqaləyə 775 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna Baş nazirinin müavini İrina Vereşuk mülki vətəndaşları təxliyə etmək üçün 45 avtobusdan ibarət karvanın mühasirədə olan, Rusiya və Ukrayna hərbçiləri arasında həftələrdir davam edən şiddətli döyüşlərin getdiyi Mariupol şəhərinə doğru irəlilədiyini bildirib.
“Bu gecə biz Beynəlxalq Qızıl Xaç Komitəsindən Rusiya Federasiyasının humanitar karvan üçün Berdyansk şəhərindən tranzitlə Mariupol şəhərinə girişi açmağa hazır olduğu barədə mesaj aldıq. Biz Mariupol dəhlizinə 45 avtobus göndəririk”, - deyə o “Telegram” kanalında yayımlanan videoda bildirib.
Rusiyanın hərbi rəsmiləri humanitar dəhlizin açılması üçün martın 31-i saat 07:00-dan etibarən atəşkəs rejiminə riayət etməyə hazır olduqlarını bildirib. Lakin bundan əvvəlki bir neçə oxşar razılaşma həyata keçirilməyib.
Qızıl Xaç Cəmiyyətinin martın 31-də yaydığı bəyanatda deyilib ki, təşkilat hələ də Mariupolda qalanlara yardım gətirəcək və şəhərdən çıxmaları üçün nəqliyyatla təmin edəcək.
“Bütün tərəflər dəqiq şərtlərlə razılaşmalıdırlar. Bu əməliyyat kritikdir. On minlərlə insan bundan asılıdır” təşkilatın “Twitter” səhifəsində deyilib.
Müharibədən əvvəl təxminən 430 min insanın yaşadığı cənub liman şəhərində həftələrdir intensiv döyüşlər gedir. Rusiya doğum evlərinə, yanğınsöndürmə bölmələrinə, mədəniyyət obyektlərinə və mülki evlərə zərbələr endirir.
On minlərlə mülki vətəndaşın elektrik enerjisi olmayan, ərzaq və suyun həddindən artıq məhdud olan şəhərdə sıxışıb qaldığı bildirilir.
Ukrayna hökumətinin dediyinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi yardım anbarının damında Qızıl Xaç simvolunun olmasına baxmayaraq, martın 30-da Rusiyanın hava hücumuna məruz qalıb.