Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:09 | 1 aprel 2022 | Cümə
Məqaləyə 898 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın Belqorod şəhərində, Ukrayna ilə sərhəddən 40 kilometr məsafədə yerləşən neft bazasına bu gün səhərə yaxın vertolyotlardan endirilmiş raket zərbələri nəticəsində başlamış yanğın hələ davam edir. Rusiya KİV-ləri xəbər verir ki, neft bazasında 8 rezervuar yanır. Qonşu Kursk vilayətində də güc strukturları yüksək hazırlıq vəziyyətinə gətirilib, yanan neft bazasının yaxınlığında yaşayanlar təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyinin məlumatında isə deyilir ki, yanğının söndürülməsi üçün 194 xilasedici cəlb edilib, yanan bazaya alovu söndürmək üçün köpük vurulur.
Bildirilir ki, zərbələr nəticəsində yaxınlıqda yerləşən nəşriyyat binası da dağılıb. “Saat 5.30-da partlayış səsləri eşidildi. Sonra nəşriyyatın sahibi zəng vurdu və binaya aviazərbə endirildiyini bildirdi. Nəşriyyatın ərazisində raket qalıqları var”, - nəşriyyatın direktoru bildirib.
Xatırladaq ki, Rusiya tərəfi neft bazasına Ukrayna vertolyotlarının zərbə endirdiyini bildirir. Ukrayna tərəfi hələlik bunu nə təsdiq, nə təkzib etməyib. Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov isə nəyə görə hava hücumundan müdafiə qüvvələrinin bu hücumun qarşısını ala bilmədiyini əsaslandırmaq üçün deyib ki, Ukrayna vertolyotları çox aşağı hündürlükdən uçublar. Hava hücumundan müdafiə sistemləri isə belə hündürlükdən uçan hava hədəflərini görə bilmir.
***
Ukrayna ordusu Rusiyanın bu ölkə ərazisində neft bazalarına ardıcıl olaraq raket zərbələri endirməsinin qisasını almaq üçün uğurlu əməliyyat keçirib. virtualaz.org xəbər verir ki, ötən gecə Ukrayna Hərbi Hava Qüvvələrinin iki vertolyotu aşağı hündürlükdə uçaraq Rusiyanın sərhədə yaxın Belqorod şəhərindəki iri neft bazasına raket zərbələri endirib. Zərbələr nəticəsində bazada güclü yanğın başlayıb və hələ də davam edir.
Ukrayna vertolyotlarının neft bazasına necə zərbə endirdiyi videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Belqorod qubernatoru Vyaçeslav Qladkov bu gün səhər jurnalistlərə bildirib ki, neft bazasının partladılması nəticəsində vilayətdə yanacaq qıtlığı gözlənilmir. Hakimiyyət yanacaqdoldurma məntəqələri üçün logistika zəncirini dəyişir.
Qubernator deyib ki, yanacaq bazasına yaxın küçələrdən sakinlər təxliyə olunur və “Belqorod-Arena” stadionunda yerləşdiriləcək. Yanğın söndürüləndən sonra onlar evlərinə qayıda bilərlər. Qladkov bazada yanğının “aşağı hündürlükdən uçan iki Ukrayna vertolyotunun Rusiyanın hava məkanına daxil olması və zərbə endirməsi nəticəsində baş verdiyini” bildirib.
“Neft bazasında irimiqyaslı yanğınla bağlı yanacaqdoldurma məntəqələri üçün logistika zəncirini dəyişməklə məşğuluq. Situasiya stabildir. Yanacaq qıtlığı olmayacaq”, - o deyib. Rusiyanın Fövqəladə Hallar Nazirliyi isə bildirir ki, neft bazasında yanacaqla dolu rezervuarlar yanır, yanğınsöndürənlər alovun qonşu rezervuarlara keçməsinin qarşısını almağa çalışır.
Xatırladaq ki, martın 29-da Belqorodda sursat anbarında yanğın və partlayışlar baş vermişdi. Bununla əlaqədar şəhərin bir hissəsindən əhali təxliyə olunmuşdu. Bazaya Ukrayna aviasiyasının zərbə endirdiyi bildirilirdi. Bu isə Rusiya hakimiyyətinin Ukraynanın Hərbi Hava Qüvvələrinin artıq məhv edildiyinə dair hələ müharibənin ilk 3 günündən sonra verdikləri bəyanatların təkzib edilməsidir.