Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:53 | 4 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 816 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya qüvvələrinin Kiyev yaxınlığındakı Buça və Ukraynanın digər bölgələrində törətdiyi mümkün müharibə cinayətləri ilə bağlı xəbərlərə görə Rusiya beynəlxalq qınaqla üzləşib.
Avropa Şurasının prezidenti Çarlz Mişel aprelin 3-də “Twitter” hesabında yazıb ki, Moskva “Aİ-nin növbəti sanksiyaları” ilə üzləşəcək.
Mişel deyib ki, “Rusiya ordusunun Kiyevin azad etdiyi bölgədə törətdiyi vəhşiliklərin dəhşətli görüntüləri onu şoka salıb”.
Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Trass verdiyi açıqlamada hökumətinin “İrpin və Buça kimi şəhərlərdə işğalçı qüvvələrin dəhşətli hərəkətlərinə dair sübutların artdığını” deyib.
Buça meri Anatoli Fedoruk aprelin 2-də bildirib ki, şəhərin Rusiya qüvvələri tərəfindən işğalı zamanı 300-ə yaxın yerli mülki şəxs güllələnib. Təxminən 280 nəfərin cəsədinin kütləvi məzarlığa atıldığı, qalanlarının isə küçələrdə qaldığı iddia edilir. Cəsədlərin hərəkətli və qrafik görüntüləri sosial mediada yayılıb.
“Bunlar Rusiya işğalının nəticələridir” - deyə, Fedoruk bildirib.
Kiyev meri Vitali Kliçko Almaniyanın “Bild” qəzetinə deyib ki, “Buçada və Kiyevin ətraflarında baş verənləri ancaq soyqırım kimi qələmə vermək olar”. O, Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını bildirib.
Ukraynanın xarici işlər naziri Dimtro Kuleba “Buça qətliamı qəsdən törədilib” deyib. Kuleba aprelin 3-də “Twitter”də aparıcı iqtisadiyyatlar qrupuna aid Yeddiliyə istinad edərək yazıb: “Mən indi yeni, dağıdıcı G7 sanksiyalarını tələb edirəm”.
İddia edilən vəhşiliklərlə bağlı ittihamlar Rusiya qüvvələrinin Kiyev və şimaldakı Çerniqov və Xarkov şəhərləri ətrafında mövqelərini geri çəkməsi ilə gündəmə gəlib.
Nyu-Yorkda yerləşən “Human Rights Watch” aprelin 3-də bildirib ki, “Rusiya hərbi qüvvələrinin Ukraynanın Çerniqov, Xarkov və Kiyev vilayətlərinin işğal olunmuş ərazilərində mülki şəxslərə qarşı müharibə qanunlarını pozması ilə bağlı bir neçə faktı sənədləşdirib”. QHT bildirib ki, martın 4-də Buçadakı rus qüvvələri azı bir nəfəri başının arxasından güllələyib.
Beynəlxalq Cinayət Məhkəməsi daha əvvəl Rusiya qüvvələrinin Ukraynada törətdiyi iddia edilən hərbi cinayətlərlə bağlı təhqiqata başlayıb.