Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
19:44 | 4 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 833 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynanın Buçada “soyqırımı teatrı” qurduğunu fərz edək. Putinə inamı sarsılmaz olanlar üçün bəzi suallarla baxaq:
- Ruslar qırdılarsa belə, niyə gedəndə gizlətmədilər?
- Gizlətməyə çalışıblar. Bir neçə kütləvi məzarlıq aşkarlanıb. Dayaz qəbirlərdən insan əli, başı və ya başqa hissəsi yağışlardan sonra çıxmağa başlayır, onlarla görüntü var. Bu ərazilər jurnalist heyəti ilə birlikdə aşkar olunur.
Buça və İrpendə qrup şəklində yandırılmış cəsədlər tapılıb. İçlərində aşyaşlılar da var, ailə olduqları güman edilir, araşdırılır, fotoları yayılıb.
Buçada 280, rusların geri çəkildiyi ümumi şimal zonasında 410 mülki insan cəsədi aşkarlanıb. Zirzəmilərin, kütləvi məzarlıqların hamısı baxılmayıb deyə, dəqiq say demək mümkün deyil.
- Qollarını bağlamaq nəyə lazımdır?
- Qolları bağlı olanlar, böyük ehtimalla, əsir götürülüb. Ordunun yerini, hara getdiyini soruşmaq, ümumiyyətlə hansısa məlumatları almaq üçün...
- O adamlar bombalanma nəticəsində də ölə bilər...
- Yerli sakinlər müsahibələr verirlər. Yaşlı bir qadın ərini zirzəmidə, başından vurulmuş, üzü dağılmış vəziyyətdə tapıb. Beynəlxalq istintaq qrupu, yəqin ki, həmin insanların hətta neçə metrdən vurulduqlarını da tapacaqlar.
- Niyə Buçada oldu bu, başqa yerlərdə yox?
- Ruslar Buçadan təcili çıxmalı oldular. Üstəlik, onlar Buça və ətrafında ən ciddi itkilərini veriblər. Qostomeldə, Buçada, İrpendə, şimal ərazilərdə yollar yanmış rus hərbi texnikalarla doludur. Üstəlik, Buça azad edildiyi üçün oradakı cinayətlər üzə çıxdı. Xersonda və digər ərazilərdə mülki əhaliyə etiraz akisyasında atəş açılması ilə bağlı onlarla fakt var. Kütləvi məzarlıqlarla bağlı xəbərlər də tez-tez yayılır. O ərazilər azad ediləndən sonra Putin və ordusunun etdikləri Buçadakı kimi “yolun ortasında” qalacaq.
- Qətliam Putinin nəyinə lazımdır?
- Putin Ukraynada insanların onun ordusunu gül-çiçəklə qarşılayacağını düşünürdü. Amma hətta rusdilli şəhərlərdə belə dəhşətli mülki müqavimətlə üzləşirlər. Müharibənin ilk günlərindən sonra birbaşa hədəf mülki əhalidir. Mülki obyektlər vurulur, xəstəxanalara atəş açılır, zirzəmilər dağıdılır. Hətta şəhərin içinə hərəkət edən tank, göz görə-görə yaşayış binasını vurur. Səbəb əhalinin gözünü qorxutmaq, mümkün qədər təslimçilik əhval-ruhiyyəsi yaratmaqdır.
İnternet şahid ifadələri ilə doludur. Həqiqəti həqiqətən sorğulamaq istəyən asanlıqla onları tapa, izləyə, başa düşə bilər.
Bir də ki, bir insanı artilleriya və ya avtomatla, min və ya beş metrdən öldürməyin heç bir fərqi yoxdur. Əgər kimsə yenə də Putinə inanmaq istəyirsə “Русский военный корабль”ın yanına gedə bilər...