
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
ABŞ Prezidenti Co Bayden bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin müharibə cinayətləri ittihamı ilə mühakimə olunmasına çağırıb və onu son günlər Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buça şəhərində rus qoşunları tərəfindən törədilən vəhşiliklərə görə qınayıb.
“Putini müharibə cinayətkarı adlandırdığım üçün tənqid edildiyimi xatırlaya bilərsiniz. Siz Buçada baş verənləri gördünüz. Bu onun hərbi cinayətkar olduğunu təsdiqləyir. Lakin biz məlumat toplamalıyıq”, - deyə Bayden Ağ Evdə müxbirlərə bildirib.
“Bu adam qəddardır və Buçada baş verənlər dəhşətlidir, hamı bunu gördü. Mən sanksiyaları əlavə etməyə davam edəcəyəm”, həftəsonu Delaver ştatında istirahətdən sonra Vaşinqtona qayıdan Bayden Putini nəzərdə tutaraq deyib.
Ukraynanın baş prokuroru İrina Venediktova bildirdiyinə görə, 410 mülki vətəndaşın cəsədi bu yaxınlarda Kiyev ətrafında Rusiya qüvvələrindən geri alınan şəhərlərdə aşkar edilib.
Avropa Komissiyasının prezidenti Ursula Von Der Leyen bazar ertəsi “Twitter” səhifəsində Avropa İttifaqının “müharibə cinayətlərini sənədləşdirməyə” yardım etmək üçün Ukraynaya müstəntiqlər göndərəcəyini yazıb.
Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi müharibənin dağıtdığı Buçaya səfər edib və milli televiziya ilə xalqa müraciət edərək deyib ki, Moskva qüvvələrinin törətdiyi vəhşiliklər daha aydın göründüyü bir vaxt Rusiya ilə müharibəyə son qoyulması ilə bağlı danışıqlar daha da çətinləşib.
Zelenski mülki əhalinin bir-birinə bağlanaraq yaxın məsafədən güllələnməsi, kütləvi məzarlıq və Buça küçələrindəki cəsədləri gördükdən sonra “Bunlar müharibə cinayətləridir və dünya tərəfindən soyqırımı kimi tanınacaq”, deyib.
Moskva Buçada dinc sakinlərin öldürülməsi ilə bağlı ittihamları rədd edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Kiyev yaxınlığındakı səhnələri “Rusiyaya qarşı səhnələşdirilmiş təxribat” kimi qiymətləndirib.
Fevralın 24-ü Rusiyanın hərbi müdaxiləsindən bəri ilk dəfə Kiyevdən kənara çıxan zirehli gödəkcə geymiş Zelenski hərbçilərlə görüşüb. “Onların burada nə törətdiklərini görəndə danışmaq çox çətindir. Rusiya Federasiyası görüş prosesini uzatdıqca, bu, onlar üçün, vəziyyət və bu müharibə üçün bir o qədər pis olacaq”, Zelenski deyib.
“Biz minlərlə qətlə yetirilən və işgəncələrə məruz qalan, əl-ayaqları kəsilən insanların, zorlanan qadınların və öldürülən uşaqların olduğunu bilirik”, o bildirib.
Rusiyanın son günlər qoşunlarını Ukraynanın Qara dəniz yaxınlığındakı şəhərlərinə və Ukraynanın şərqindəki mübahisəli Donbas bölgəsinə cəmləşdirmək üçün geri çəkilməsindən sonra Buça və Kiyev ətrafında digər ərazilərdə dağıntı səhnələri Moskvanın qınanmasına səbəb olub.
Qərb liderləri enerji idxalına məhdudiyyətlər də daxil olmaqla, Rusiyaya qarşı növbəti iqtisadi sanksiyaların mümkünlüyü nəzərdən keçirir. Lakin Avropanın Rusiyadan bir neçə enerji növündən asılı olması, Qərb müttəfiqləri arasında azalmanın həcmi və vaxtı ilə bağlı arasında fikir ayrılıqları yaradır.