Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
15:16 | 5 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 696 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
Rusiya-Ukrayna müharibəsinə dair masa üzərində olan planlar barədə ən səhih məlumatlar Britaniya kəşfiyyatındadır. Qərbi əsasən Britaniyanın Gizli Kəşfiyyat Xidməti (MI6) kəşfiyyat informasiyaları ilə təmin edir, çünki onun gücünün ölçüsü təsəvvürəgəlməz dərəcədə böyükdür.
İkinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyatı özünün böyük şəbəkəsini qurmuşdu, bəşəri müharibənin bitməsində Londonun kəşfiyyat həmlələrinin böyük rolu olmuşdu.
Onları sadalasaq, mövzu uzanacaq, sadəcə qeyd edək ki, soyuq müharibə illərində də Britaniya SSRİ-yə qarşı ən effektiv fəaliyyət göstərən kəşfiyyat mexanizmlərinə yiyələnmişdi.
Sadəcə bir misal: 1962-ci ildə SSRİ-nin Kubaya nüvə başlıqlı raketlər yerləşdirilməsi barədə ilk məlumat Britaniya kəşfiyyatına aydın olmuşdu, özü də SSRİ Baş Kəşfiyyat İdarəsinin zabiti Oleq Penkosvki vasitəsilə.
Kəşfiyyatın ABŞ-a ötürdüyü informasiyalar əsasında hərbi-siyasi, diplomatik hərəkətlərə start verilir, nəhayətdə razılıq əsasında SSRİ raketləri geri çəkir.
Britaniya kəşfiyyatının ali orqanı “Mİ-6” indi də keçmiş ənənəsindən qopmayıb və onu müasir dövrün çağırışlarına uyğun formalaşdırıb.
Görünür ki, “Mİ-6” Rusiyanın ictimai-siyasi dairələrində nüfuz edə bilib və dəqiq məlumatlara sahiblənir. Həmin bilgilərin öz həqiqi mənasından uzaq tutularaq təhrif edilmiş formada çatdırılması isə təbliğatdır, Britaniya bunu da mükəmməl şəkildə bacarır - təbii ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə koordinasiyalı formada.
Britaniya baş verəcəkləri əvvəldən hesablamışdı, 2020-ci ildə London müasir müharibələrin bir elementi olan kiber müdaxilə imkanlarını artırmaq üçün Milli Kiber Qüvvə yaratdı.
Bu qurum müdafiə və kəşfiyyat imkanlarını bir araya gətirir. Bu orqan Britaniyanın qlobal prioritetlərini təmin etmək üçün məqsədyönlü kiberhücumlar həyata keçirir.
Britaniyanın Milli Kiber Qüvvəsi Britaniya hərbi kəşfiyyatını, “Mİ-6”nı, müdafiə texnologiyası ilə bağlı qurumları vahid komandanlıq altında birləşdirir.
Rusiyanın isə ali kəşfiyyat fəaliyyəti rəqibi Britaniyanın yanında çox sönük görünür, ona görə də, Moskva beynəlxalq rəy yarada bilmək potensialından demək olar ki, məhrum səviyyəsinə enib.
Rusiyanın kəşfiyyat və beynəlxalq informasiya platformalarından sıxışdırılmasında Britaniya xüsusi rola sahiblənib, bu isə belə nəticə çıxarmağa imkan verir ki:
1. Britaniya kəşfiyyatı kiberhücumlarla Rusiyanın hərbi sirlərini ələ keçirir,
2. Rusiyada Britaniya kəşfiyyatının agentura şəbəkəsi effektiv işləyir,
3. Hətta bu versiya da güclənir ki, Rusiyanın əhəmiyyətli postlarında Britaniya kəşfiyyatı özünə yer edib.