Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
21:54 | 5 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 548 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qüvvələrinin mülki əhaliyə qarşı törədilə bilən vəhşiliklərin qınağa səbəb olduğu və araşdırmalara çağırıldığı bir vaxt, bunu etmək çətin olsa belə, müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlardan “başqa seçim yoxdur” deyib.
Aprelin 5-də dövlət televiziyasında ukraynalı jurnalistlərə müsahibə verən Zelenski Buçada baş verənləri “bağışlanmaz” adlandırıb və “mən də daxil olmaqla, hamımız hətta danışıqların mümkünlüyünü çağırış kimi qəbul edəcəyik” deyib.
“Çağırış daxildə, ilk növbədə insanın öz daxili çağırışıdır. Sonra özünüzü toplayanda, bunu etməli olduğunuzu düşünürsünüz. Başqa seçimimiz yoxdur”, - deyə o bildirib.
Müsahibə Zelenskinin paytaxt yaxınlığındakı Buçaya emosional səfərindən bir gün sonraya təsadüf edir. Ukrayna rəsmiləri orada mülki vətəndaşların cəsədlərinin aşkar edildiyini, onlardan çoxunun həyətlərdə, küçələrdə və evlərdə güllələndiyini bildirib.
Zelenski aprelin 5-də BMT Təhlükəsizlik Şurasında çıxış edərək, Buça şəhərində “müharibə cinayətləri” və “soyqırım” adlandırdığı qətliamlara görə Rusiyaya qarşı yeni sərt sanksiyalara çağırıb.
Açıq havada bəzilərinin əlləri arxadan bağlanmış cəsədlərin dəhşətli görüntüləri Rusiyanın beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınağına səbəb olub, Moskva isə ittihamları rədd edərək onları “saxta” adlandırıb.
Buça meri Anatoli Fedoruk 300-ə yaxın mülki vətəndaşın qətlə yetirilməsini “Ukrayna müqavimətinə görə qisas” adlandırıb.
NATO-nun baş katibi Yens Stoltenberq kütləvi məzarlıqların və mülki vətəndaşların cəsədləri ilə dolu küçələrin foto şəkillərinin Avropanın “bir çox onilliklər ərzində şahidi olmadığı dözülməz qəddarlığı” ortaya qoyduğunu və Ukraynada “daha çox vəhşiliklərin” hələ də aşkar ediləcəyindən ehtiyat etdiyini bildirib.
Rusiya və Ukrayna nümayəndə heyətləri ittihamlarlara baxmayaraq, sülh danışıqlarını davam etdirir.
Kremlin sözçüsü Dmitri Peskov Zelenskinin şərhlərinə cavab olaraq deyib ki, Moskva Zelenskinin istədiyi kimi Rusiya və Ukrayna prezidentlərinin görüşünün mümkünlüyünü istisna etməyib. Lakin o, belə bir görüşün yalnız iki tərəf arasında sənədin razılaşdırılmasından sonra mümkün olacağını deyib.