
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba NATO üzvlərini Kiyevi Rusiya qüvvələri ilə döyüşdə lazım olan bütün silahlarla təchiz etməyə çağırıb. Aprelin 7-də Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı səbəbsiz müharibəsinin yeddinci həftəsi başlanıb.
“Mənim gündəmim çox sadədir. Onda cəmi üç məsələ var. Silahlar, silahlar və silahlar”, – Kuleba NATO-nun Brüsseldəki qərargahında jurnalistlərə deyib.
O, NATO müttəfiqlərindən əlavə təyyarələr, havadan müdafiə sistemləri, raketlər, zirehli maşınlar istəyib.
Kulebanın sözlərinə görə, Ukrayna Qərbdən Rusiyaya neft və qaz embarqosu tələblərində israr edəcək.
***
Ukrayna Prezidenti Vladimir Zelenski ötən gecəki çıxışında xəbərdarlıq edib ki, Rusiya ordusu şərqə yeni hücuma hazırlaşır. Kreml daha öncə Ukraynanın sənaye mərkəzi Donbası “azad etmək” məqsədini bəyan edib. Zelenski Ukraynanın da döyüşə hazırlaşdığını deyir.
“Döyüşəcək, geri çəkilməyəcəyik. Rusiya ciddi şəkildə sülh istəyənəcən biz özümüzü müdafiə etməyin bütün mümkün yollarını axtaracağıq. Bu bizim torpağımız, bizim gələcəyimizdir. Təslim olmayacağıq”, – Zelenski söyləyib.
Rusiyanın altı həftədən çox davam edən işğalı 4 milyon insanın xaricə qaçmasına səbəb olub. Minlərlə insan öldürülüb, yaxud yaralanıb, əhalinin 25 faizi evsiz qalıb, şəhərlər xarabalığa çevrilib. Qərb isə Rusiya elitası və iqtisadiyyatına sanksiyalar tətbiq edib.
Ukrayna hakimiyyəti Donbasda yaşayanları dərhal çıxmağa çağırıb.
“Adamlar bundan sonra atəşə tutulacaq. Biz onlara kömək edə bilməyəcəyik”, – Baş nazirin müavini İrina Vereşçuk vurğulayıb.
***
ABŞ-ın adının çəkilməsini istəməyən müdafiə rəsmisi deyib ki, Rusiya Kiyev və Çerniqov yaxınlığında təxminən 25 min əsgərinin hamısını çıxarıb, onları təchizatlanmaq, yenidən təşkil olunmaq, ola bilsin şərqə döyüşə qayıtmaq üçün Belarusa, ya da Rusiyaya göndərib.
Daha bir anonimlik şərtilə danışan Qərb rəsmisinin dediyinə görə, Rusiyanın döyüşdən çıxmış qüvvələrinin Ukraynanın şərqinə böyük hücuma hazırlaşması bir ayadək çəkə bilər.
ABŞ, Avropa və Ukrayna rəsmiləri CNN-ə deyiblər ki, Rusiyanın Ukrayna ilə danışıqlarda xoş niyyəyinə inanmırlar. Onların fikrincə, Putin Zelenskini devirmək planlarından əl çəkməyib.
Aparıcı müdafiə rəsmisi isə Putinin uzunmüddətli hədəflərinin aydın olmadığını söyləyib. ABŞ və müttəfiqləri Putinin Donbasdakı hədəflərini tamamlayandan sonra Kiyev regionuna yenidən hücum edəcəyi ehtimalına hazırlaşırlar, bunu etməyə yetərincə qüvvə və texnikasının qaldığı güman edilir. Bunu CNN-ə ABŞ və Avropa rəsmiləri deyib.
***
Aprelin 7-də BMT-nin Baş Assambleyası Rusiyanın qurumun İnsan Haqları Şurasından çıxarılmasını səsə qoyacaq.
Kiyev ətrafında törədildiyi bildirilən qətllərə cavab olaraq ABŞ aprelin 6-da Putinin iki qızına sanksiyalar açıqlayıb, Rusiya banklarına qarşı məhdudiyyətləri sərtləşdirdiyini bildirib.
Britaniya Rusiyaya investisiyanı yasaqlayıb, ilin sonunadək Rusiya kömürü və neftindən asılılığa son qoyacağını bildirib.
ABŞ Senatı aprelin 7-də Rusiyayla normal ticarət münasibətlərinə son qoyacaq qanunvericiliyin müzakirəsinə başlamağı planlaşdırır. Bu halda Co Bayden administrasiyası Rusiyadan bəzi idxal məhsullarına daha yüksək tarif tətbiq edə bilər.