Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
14:42 | 7 aprel 2022 | Cümə axşamı
Məqaləyə 565 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynanın Buça şəhərində küçələrdən dinc sakinlərin meyitlərinin yığıldığı bir vaxtda müstəntiqlər dəlillər toplayırlar. Avropalı jurnalistlər şəhəri işğal etmiş Rusiya silahlı bölmələrinin bəzilərinin izinə düşüb.
Martın 11-də Rusiyanın 76-cı qvardiya hava hücumu diviziyasına məxsus artilleriya bölməsinin komandiri Gennadi Bayur Buçada öldürülüb. Onun ölümü barədə məlumat “VK” sosial media şəbəkəsində məlumat yayılıb. Bayur 234-cü hava hücumu alayının komandiri idi.
64-cü motoatıcı briqadasının əsgəri isə Buçada ya telefonunu itirib, ya da orda öldürüləndən sonra telefonu onun üzərindən götürülüb. Ukrayna kəşfiyyatı Buçada tapılmış telefonun skrinşotunu yayıb.
***
Buçada Rusiya əsgərlərinin dinc sakinləri qətlə yetirdiyi bildirilir. Onlardan bəziləri kütləvi edam edilib, bəzilərinin əlləri arxada bağlanıb. Bəziləri başından vurulub.
Rusiya hərbi bölmələrinin Buçada, yaxud Ukraynanın digər şəhərlərində olması heç də hərbi cinayətlərin sübutu hesab edilə bilməz. Ancaq məhz Buçayla bağlı üzə çıxan fotolar, videolar, şahid ifadələri, şəhərin bir aydan çox Rusiya ordusunun nəzarətində qalması cinayətlərə görə rusiyalıların məsuliyyət daşımasına güclü dəlildir.
Buçanın meri Anatoli Fedoruk martın 31-də yaydığı videoda şəhərin Ukrayna qüvvələri tərəfindən geri alındığını bildirib. Ukrayna qüvvələri Buçaya aprelin 1-də girib. Rusiya əsgərlərinin martın 31-də, yaxud daha öncə çıxdığı bəlli deyil.
Aprelin 3-də Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri Aleksey Arestoviç Buçaya, Kiyev regionundan daha iki – İrpin və Qostomelə yerləşdirilmiş Rusiya hərbi bölmələrinin siyahısı dərc edib.
***
Siyahıda 76-cı Hava Hücumu Diviziyasının 104-cü və 234-cü hava hücumu alayları vardı.
Rusiyanın şimal-qərbindəki Pskov şəhərində yerləşən bu diviziya sovet və Rusiya hərbi tarixində həm döyüş şücaəti, həm də qəddarlığı ilə ad çıxarıb. 2000-ci illərin əvvəllərində İkinci Çeçen Müharibəsi vaxtı 76-cı diviziyanın desantçıları dinc çeçenləri öldürməkdə ittiham olunublar.
Elə Bayurun ölümü haqda sosial media postu da Buçada desantçıların olduğunu göstərir.
Martın 26-da Ukrayna tərəfin yaydığı videoda Timofey Bobov adlı rusiyalı əsir danışırdı ki, fevralın 24-də onun bölməsinə Ukraynaya girmək, Qostomel, yaxud Buçanı təmizləmək əmri verilib. Guya Bobova əmr verilib ki, linglə yaşayış binalarında mənzillərə girsin, oradakı insanları zirzəmilərə aparsın. O, həmin şəxslərin başına sonra nə gəldiyini deməyib.
Videoda baş verənləri müstəqil təsdiqlətmək mümkün olmasa da, Buçadakı şahidlər də mənzillərinin qapısının linglə sındırıldığını, rus əsgərlərinin qohumlarını apardığını deyiblər. Zirzəmilərdə meyit fotoları da yayılıb.
***
Arestoviçin yaydığı siyahıda 64-cü Motoatıcı Briqadasının adı var. Bu briqadanın qərargahı Xabarovsk regionundadır.
Aprelin 3-də Ukrayna ordusuna bağlı Telegram kanalında Rusiya əsgərinin Buçada tapıldığı deyilən mobil telefonunun skrinşotu yayılıb.
Həmin skrinşotdakı “Instagram” hesabına qoyulmuş telefon nömrəsinin 29 yaşlı Xabarovsk sakininə bağlılığı müəyyənləşdirilib. Həmin şəxsin 64-cü briqadada olub-olmamasını öyrənmək mümkün olmayıb. Həmin sosial mediadakı fotolarda həmin briqadanın əsgərləri görünür.
Ukraynanın hərbi kəşfiyyat agentliyi isə 64-cü briqadadan əsgər və zabitlərin adlarını yayıb. Amma bu siyahını müstəqil təsdiqlətmək mümkün olmayıb.
***
Kiyev ətrafını tutan digər bölmələr arasında 98-ci diviziyanın 331-ci qvardiya hava alayı da olub.
Öldürülən əsgərlərin siyahısından bir adın sosial media profilini tapılıb. Sosial şəbəkə hesabında həmin əsgərin 56-cı Qvardiya Hava Hücumu Alayında xidmət etdiyi görünür.
Rusiya hakimiyyəti isə əsgərlərinin Buçada, Kiyev regionunda digər şəhərlərdə dinc sakinləri öldürmədiyini bildirir. Rusiya rəsmiləri dəlil göstərmədən iddia edirlər ki, Ukrayna və Qərb mediasında yayılan foto və videolar səhnələşdirilib.
ABŞ-da yerləşən “Human Rights Watch” insan haqları qrupu Buça sakinləri ilə müsahibələr, dəlil toplayır. Qurum Rusiyanın nəzarətində olmuş ərazilərdə “aşkar hərbi cinayətlər” törədilməsi qənaətinə gəlib.