Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:14 | 7 aprel 2022 | Cümə axşamı
Məqaləyə 844 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Yunanıstan Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən Ukraynanın cənubundakı Mariupol liman şəhərində mümkün hərbi cinayətlərlə bağlı təhqiqata başlamağı xahiş edəcəyini bildirib.
Bu addım Prezident Vladimir Zelenskinin cümə axşamı Yunanıstan parlamentində çıxışı zamanı təkcə Mariupolda deyil, bütün Ukraynada törədilən vəhşiliklərə görə Rusiya hərbi və siyasi rəsmilərini mühakimə etmək üçün Afinanı bütün diplomatik gücünü işə salmağa çağırışından sonra atılıb. Lakin jurnalist Anzi Karasavanın (Anthee Carassava) bildirdiyinə görə, bu qanuni addım o qədər də asan olmaya bilər.
Yunanıstanın xarici işlər naziri Nikos Dendias hökumətin təklifini Ukraynadakı hadisələri müzakirə etmək üçün Brüsseldə toplaşan NATO həmkarları ilə görüşü zamanı açıqlayıb. O, hökumətinin hərbi cinayətlərə görə müraciətinin Mariupola hücum başlayarkən etnik yunanlara qarşı həyata keçirilən zorakılıqlarla əlaqəli olduğunu deyib.
“Orada 100,000 nəfərlik icması olduğu üçün Yunanıstanın Mariupola xüsusi marağı var. Lakin bundan başqa mən alyansdakı həmkarlarımdan Mariupolun başına gələnlərin təkrar olunmaması üçün Ukraynaya Odessanı qorumaqda yardım etmələrini xahiş edəcəyəm”, Dendias bildirib.
Bu açıqlama Mariupolun işğalı ilə etnik yunan karvanının hücuma məruz qalması və azı 10 nəfərin ölməsindən sonra Yunanıstanın Rusiya ilə ənənəvi və uzun illər davam edən münasibətlərinin pozulmasının əlamətidir.
Rusiya Ukraynada mülki əhalini hədəf aldığını inkar edib.
Ölümcül hücumdan sonra Yunanıstan 6-cı əsrdən bəri etnik yunanların məskunlaşdığı ərazilərdə növbəti hücumların qarşısını almaq üçün Kalaşnikov avtomatları və reaktiv qumbaraatanlar da daxil olmaqla, ukraynalı döyüşçülərə 40 tondan çox hərbi yardım göndərib.
Cümə axşamı Prezident Zelenski parlamentlə canlı video-konfrans zamanı uzun müddətdir mövcud olan əlaqələrə işarə edərək Yunanıstandan əlavə dəstək istəyib.
Yunan tərcüməçi vasitəsilə danışan Zelenski Ukraynanın Yunanıstanla xristian əlaqələrini vurğulayaraq, Yunanıstanın xristianlığa güclü təsiri səbəbindən ölkəsinin ona üz tutduğunu deyib. O, Ukraynanın mədəniyyət və adət-ənənələrinin çoxunun bu əlaqələrə bağlı olduğunu və oradakı yunan icmasının itirilməsinin “Ukraynanın kimliyinin itirilməsi” demək olduğunu bildirib.